Icma.az
close
up
RU
ABŞ mediası Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırır AZƏRTAC

ABŞ mediası Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırır AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belqrad, 17 noyabr, AZƏRTAC

ABŞ mətbuatı Serbiya Prezidenti Aleksandar Vuçiçi Qərbi Balkan regionunun lideri adlandırır.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi tərəfindən dərc edilən məqalədə Aleksandar Vuçiçin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampla ilk telefon danışığı aparan dövlət başçılarından biri olduğu bildirilir. Yazıda xüsusi olaraq amerikalı milyarder İlon Maskın Donald Trampın dünyanın müxtəlif ölkələrinin liderləri ilə telefon danışıqlarında iştirak etməsindən, onun Aleksandar Vuçiçin ABŞ-ın yeni seçilmiş Prezidenti ilə apardığı telefon danışığına qoşulduğundan bəhs olunur. Diqqətə çatdırılır ki, telefon danışığının əhəmiyyətini “Newsmax” televiziyasının sahibi Kirs Rudinin də söhbətə qoşulması sübut edir.

“Balkan regionunun lideri noyabrın 5-dəki seçkilərdə qələbə qazandıqdan sonra Donald Trampla telefon danışığı aparan ilk 10 və ya 15 dövlət başçısı arasındadır və bu, böyük şərəfdir”, – deyə “Bloomberg” yazır.

Məqalədə vurğulanır ki, Aleksandar Vuçiç Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Prezident Donald Tramp Serbiyanı çox yaxşı tanıyır və onunla birlikdə telefon danışığında iştirak edən İlon Mask, həmçinin Kris Rudi bunu xüsusilə yaxşı bilir”.

“Bloomberg” Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırır və yazır ki, Serbiya Prezidentinin İlon Mask və Kris Rudinin bu qədər təsir və marağına necə nail olması maraq doğurur. Yazıda Serbiya Prezidentinin Rusiya ilə yanaşı, Qərblə də balanslaşdırılmış münasibətlər saxlaması xüsusilə diqqətəlayiq hal kimi qeyd olunur. Həmçinin Serbiyanın Avropanın ən böyük litium mədənini inkişaf etdirmək planı ilə elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün mühüm xammal tədarük zəncirində potensial əhəmiyyətli “oyunçu” olduğu bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see250

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see220

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see207

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see205

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see204

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see166

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see153

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see151

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see144

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see141

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see138

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see133

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see130

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see129

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see129

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see128

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see128

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri