Icma.az
close
up
RU
Vuçiç Balkan regionunun lideridir ABŞ mediası

Vuçiç Balkan regionunun lideridir ABŞ mediası

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ mətbuatı Serbiya Prezidenti Aleksandar Vuçiçi Qərbi Balkan regionunun lideri adlandırır.

Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg” agentliyi tərəfindən dərc edilən məqalədə Aleksandar Vuçiçin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampla ilk telefon danışığı aparan dövlət başçılarından biri olduğu bildirilir. Yazıda xüsusi olaraq amerikalı milyarder İlon Maskın Donald Trampın dünyanın müxtəlif ölkələrinin liderləri ilə telefon danışıqlarında iştirak etməsindən, onun Aleksandar Vuçiçin ABŞ-ın yeni seçilmiş Prezidenti ilə apardığı telefon danışığına qoşulduğundan bəhs olunur. Diqqətə çatdırılır ki, telefon danışığının əhəmiyyətini “Newsmax” televiziyasının sahibi Kirs Rudinin də söhbətə qoşulması sübut edir.

“Balkan regionunun lideri noyabrın 5-dəki seçkilərdə qələbə qazandıqdan sonra Donald Trampla telefon danışığı aparan ilk 10 və ya 15 dövlət başçısı arasındadır və bu, böyük şərəfdir”, – deyə “Bloomberg” yazır.

Məqalədə vurğulanır ki, Aleksandar Vuçiç Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Prezident Donald Tramp Serbiyanı çox yaxşı tanıyır və onunla birlikdə telefon danışığında iştirak edən İlon Mask, həmçinin Kris Rudi bunu xüsusilə yaxşı bilir”.

“Bloomberg” Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırır və yazır ki, Serbiya Prezidentinin İlon Mask və Kris Rudinin bu qədər təsir və marağına necə nail olması maraq doğurur. Yazıda Serbiya Prezidentinin Rusiya ilə yanaşı, Qərblə də balanslaşdırılmış münasibətlər saxlaması xüsusilə diqqətəlayiq hal kimi qeyd olunur. Həmçinin Serbiyanın Avropanın ən böyük litium mədənini inkişaf etdirmək planı ilə elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün mühüm xammal tədarük zəncirində potensial əhəmiyyətli “oyunçu” olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see300

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see288

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see272

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see262

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see262

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see258

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see256

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see241

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see239

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see235

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see229

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see216

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see195

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see194

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see193

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see188

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see187

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see172

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri