ABŞ mediası: Trampın tviti Netanyahunu şoka saldı
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın İsrailin Livanı bombalamayacağı və ABŞ-ın buna icazə vermədiyi ilə bağlı açıqlamasının İsrailin Baş naziri Binyamin Netanyahunu şoka saldığı və onun Ağ Evdən məsələ ilə bağlı aydınlıq tələb etdiyi iddia olunub.
Turkustan.az xəbər verir ki, Axios xəbər saytının məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, İsrail Trampın “İsrail artıq Livanı bombalamayacaq; ABŞ onlara bunu etməyi qadağan edib. Artıq kifayətdir” açıqlamasına mənfi reaksiya verib.
Adı açıqlanmayan mənbə bildirib ki, Trampın bu açıqlamada “tamamilə fərqli bir dil” istifadə etməsi Netanyahu və komandasını şoka salıb. İsrail rəsmiləri məsələ ilə bağlı Ağ Evdən izahat tələb ediblər.
Məlumata görə, Netanyahu və komandası Trampın Livanla bağlı fikirlərini mediadan öyrənib və bu vəziyyət onları təəccübləndirib.
Ağ Ev rəsmisi isə məsələ ilə bağlı bildirib ki, prezidentin Livan və İsrail arasında imzalanmış atəşkəs razılaşmasına əsasən, İsrailin Livan hədəflərinə qarşı hücum əməliyyatları aparmayacağı açıq şəkildə qeyd olunub. Bununla yanaşı, İsrail planlaşdırılan, qaçılmaz və ya davam edən hücumlardan özünü müdafiə etmək hüququnu saxlayır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 18 Aprel 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















