iPhone istifadəçilərinə XƏBƏRDARLIQ Bu funksiyanı mütləq aktivləşdirin
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
iPhone istifadəçilərinə telefonlarının təhlükəsizliyini artırmaq üçün vacib xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, yalnız ekran şifrəsindən istifadə etmək şəxsi məlumatları qorumaq üçün kifayət deyil. Bunun üçün telefonun ayarlarında xüsusi təhlükəsizlik funksiyasını aktivləşdirmək lazımdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, iPhone sahiblərinə “Stolen Device Protection” (oğurlanmış cihazın qorunması) funksiyasını aktivləşdirməyi tövsiyə edilib.
iOS 17.3 versiyasından etibarən istifadəyə verilən bu funksiya telefon oğurlandıqda şəxsi məlumatların və bank hesablarının qorunmasına kömək edir.
Bu funksiya necə işləyir?
Mütəxəssislərin sözlərinə görə, cinayətkarlar bəzən ictimai yerlərdə insanların telefon şifrəsini izləyir, daha sonra isə cihazı oğurlayırlar. Şifrəni bilən şəxs telefondakı şəxsi məlumatlara və müxtəlif hesablara giriş əldə etməyə cəhd göstərə bilər.
“Oğurlanmış cihazın qorunması” funksiyası isə bunun qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq edir.
Telefon ev və ya iş yeri kimi tanış məkanlardan kənarda olduqda saxlanılmış şifrələrə və bəzi mühüm məlumatlara giriş üçün Face ID və ya Touch ID təsdiqi tələb olunur. Bu zaman adi ekran şifrəsindən istifadə etmək mümkün olmur.
Apple hesabının şifrəsini dəyişmək və digər mühüm təhlükəsizlik ayarlarını yeniləmək üçün isə əlavə yoxlama tətbiq edilir. İstifadəçi biometrik təsdiqdən keçməli, bir saat gözləməli və şəxsiyyətini yenidən təsdiqləməlidir.
Bu müddət telefon sahibinə cihazı itirilmiş kimi işarələmək və hesabını qorumaq imkanı yaradır.
iPhone-da bu funksiyanı necə aktivləşdirmək olar?
Funksiyanı aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
1. Telefonun “Ayarlar” (Settings) bölməsinə daxil olun.
2. “Face ID və şifrə” (Face ID & Passcode) bölməsini açın.
3. Ekran şifrənizi daxil edin.
4. “Stolen Device Protection” bölməsini tapın.
5. Funksiyanı aktivləşdirin.
Burada təhlükəsizlik yoxlamalarının yalnız tanış məkanlardan kənarda və ya hər zaman tətbiq olunmasını seçmək mümkündür. “Always” (Həmişə) seçimi daha yüksək qorunma təmin edir.
Şəxsi məlumatlarınızı qorumaq üçün bunları da unutmayın
Mütəxəssislər telefonun ekran şifrəsini heç kimlə paylaşmamağı, ictimai yerlərdə şifrə daxil edərkən diqqətli olmağı və əməliyyat sistemini mütəmadi yeniləməyi məsləhət görürlər.
Qeyd edək ki, bu funksiya iOS 17.3 və daha yeni əməliyyat sistemi ilə işləyən uyğun iPhone modellərində mövcuddur. Onun aktivləşdirilməsi telefon oğurlandıqda şəxsi şəkillərin, hesabların və digər həssas məlumatların qorunmasına əlavə kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















