ABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyir
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
ABŞ Administrasiyası silah istehsalında ölkənin avtomobil istehsalçılarının köməyindən faydalanmaq niyyətindədir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, ABŞ Hərb Nazirliyinin (Pentaqon) yüksəkvəzifəli nümayəndələri bir neçə avtomobil şirkətinin, o cümlədən "General Motors" və "Ford"un rəhbərləri ilə danışıqlar aparıb. Qeyd olunur ki, Pentaqon Ukraynaya silah tədarükü, eləcə də İrana qarşı əməliyyatlar nəticəsində ehtiyatların tükənməsi səbəbindən sursat və hərbi avadanlıq istehsalını artırmaq üçün onların köməyindən və personalından istifadə etməkdə maraqlıdır. "The Wall Street Journal" qeyd edib ki, bu cür tədbirlər İkinci Dünya müharibəsi zamanı tətbiq olunan təcrübəni xatırladır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 19 Aprel 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















