ABŞ Məxfi Xidmətində ciddi təhlükəsizlik boşluqları üzə çıxdı
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Hökumət Hesabatlılıq Ofisinin (GAO) yeni hesabatında ABŞ Məxfi Xidmətinin (Secret Service) təhlükəsizlik protokollarında ciddi nöqsanların olduğu bildirilib.
Redaktor.az xəbər verir ki, hesabatda qurumun ABŞ Prezidenti və yüksək vəzifəli şəxslərin mühafizəsi ilə bağlı bəzi protokollarını 1991-ci ildən bəri demək olar ki, yeniləmədiyi qeyd olunub.
Məlumata görə, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizədə köhnəlmiş üsullardan istifadə edilməsi narahatlıq doğurub.
Hesabata əsasən, 2015-2025-ci illər ərzində mühafizə fəaliyyətinə mane olan 83 insident araşdırılıb. Onlardan yalnız 25-dən sonra təhlükəsizlik siyasətlərində müəyyən dəyişikliklər edilib.
Qeyd olunub ki, Məxfi Xidmət insidentlərdən sonra öz siyasətlərini yeniləmək öhdəliyinə malik deyil. Bu vəziyyət isə təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi prosesində məlumat çatışmazlığına səbəb olur.
Məsələnin gündəmə gəlməsinə Donald Trampın Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən təhlükəsizlik səbəbilə təyyarəsini dəyişməli olması da təsir edib.
Hazırda Trampa qarşı sui-qəsd cəhdləri və “Air Force One” təyyarəsinin təhlükəsizliyi ilə bağlı araşdırmalar davam edir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 04 Sentyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















