Icma.az
close
up
RU
ABŞ mineral yataqlarını qorumaq üçün Ukraynaya qoşun göndərə bilər Qərb mediası detalları açdı

ABŞ mineral yataqlarını qorumaq üçün Ukraynaya qoşun göndərə bilər Qərb mediası detalları açdı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ nadir metal yataqlarını qorumaq üçün Ukrayna ərazisinə öz ordusunu yerləşdirə bilər". 

"AzPolitika" xəbər verir ki, bu barədə dörd rəsmi şəxsə istinadən NBC News məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası Kiyevə nadir torpaq mədən əməliyyatlarında 50 faiz pay verməyi təklif edib. Rusiya ilə müharibəni dayandırmaq üçün razılıq əldə olunarsa, təhlükəsizlik üçün oraya Amerika qoşunlarını yerləşdirməyə hazır olacağını bildirib.

Adı açıqlanmayan iki məmurun sözlərinə görə, mineralların pulunu ödəməkdənsə, hasil edilən metalların 50 faizinə sahib olmaq barədə razılaşma ABŞ-nin müharibə başlayandan bəri Kiyevə verdiyi milyardlarla dollarlıq silah satışını və dəstəyinin əvəzini ödəməsi üçün bir yol olardı.

Şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib ki, ABŞ ilə saziş hələ imzalanmayıb və hələ də işlənir.

Mənbələr "The Washington Post"-a bildiriblər ki, Ukrayna Prezidenti Münhendə ona təklif olunan sazişi imzalamaqdan imtina edib. “Reuters”in mənbələrinə görə, Zelenski Ukraynanın Ukrayna konstitusiyasına əsaslanaraq öz təklifini verəcəyini bildirib.

Öz növbəsində, "Associated Press" mənbələri qeyd edir ki, bir neçə Avropa ölkəsi gizli şəkildə Ukrayna ərazisinə qoşun yeritmək üzərində işləyir. Agentliyin məlumatına görə, avropalılar bu variantı təxminən bir il əvvəl nəzərdən keçirməyə başlayıblar. ABŞ Prezidenti Donald Trampın Avropanın iştirakı olmadan Rusiya ilə müqavilə bağlaya biləcəyi qorxusu fonunda müzakirələr intensivləşib.

"Associated Press" xəbər verir ki, Britaniya və Fransa müzakirələrdə ən fəaldır, lakin razılaşmanın təfərrüatları məlum deyil. Agentliyin məqaləsində bildirilir ki, Avropa qoşunlarının sayı Rusiya ilə Ukrayna arasında sülh sazişinin şərtlərindən asılıdır.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Fevral 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri