ABŞ müasir müharibədə qələbə üçün üç əsas şərti açıqlayıb
Icma.az bildirir, Baku.ws portalına istinadən.
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq rəhbəri, general Devid Petreus müasir müharibələrin xarakterinin dəyişdiyini və Vaşinqtonun müdafiə siyasətini buna uyğun yenidən qurmalı olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, "The Wall Street Journal"da dərc olunan məqaləsində Petreus Ukrayna müharibəsinin ABŞ üçün üç mühüm dərs ortaya qoyduğunu vurğulayıb.
Onun sözlərinə görə, gələcək müharibələrin taleyi artıq tək bir silah sistemi, böyük hücum əməliyyatı və ya texnoloji "möcüzə" ilə həll olunmayacaq. Əsas üstünlük çevik idarəetmə və sürətli uyğunlaşma qabiliyyətində olacaq.
Petreus ilk növbədə pilotsuz uçuş aparatları və raket sistemlərinin vahid şəbəkə kimi işləməsinin vacibliyini qeyd edib. O hesab edir ki, güclü müdafiə sənayesi bir neçə bahalı silaha deyil, geniş miqyaslı dron və raket infrastrukturuna söykənməlidir.
İkinci mühüm amil kimi milli infrastrukturun qorunması göstərilib. Generalın fikrincə, enerji, rabitə və nəqliyyat obyektləri artıq "dərin arxa cəbhə" sayılmır və birbaşa strateji hədəfə çevrilib.
Üçüncü şərt isə ordunun dəyişən şəraitə dərhal uyğunlaşmaq bacarığıdır. Petreus bildirir ki, müasir dövrdə bu xüsusiyyət ənənəvi hərbi göstəricilərdən daha böyük əhəmiyyət daşıyır.
Sabiq MKİ rəhbəri hesab edir ki, Ukrayna müharibəsi gələcək qarşıdurmalarda çeviklik, texnologiya və sürətli adaptasiyanın həlledici rol oynayacağını açıq şəkildə nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















