Icma.az
close
up
RU
ABŞ müharibəyə 40 milyard dollar xərcləyib, Amerika cəmiyyət narazıdır ŞƏRH

ABŞ müharibəyə 40 milyard dollar xərcləyib, Amerika cəmiyyət narazıdır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın müharibəni dayandırmaq qərarının arxasında gizlənən səbəb budur

ABŞ hərbçiləri hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatlarının azalması fonunda İranın raket və pilotsuz uçuş aparatlarının qarşısının alınmasına seçici yanaşmağa başlayıblar.

 "NBC News" telekanalının ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, bəzi hallarda Amerika hərbçiləri İran tərəfindən buraxılan raket və dronların ABŞ qüvvələrinin yerləşdiyi ərazilərə, mühüm obyektlərə və ya Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə təhlükə yaratmadığını müəyyən etdikdə, onların vurulmasına dair göstəriş verməyiblər. Məlumata görə, bəzi hallarda ABŞ hərbçilərinin ehtimal olunan zərbə nöqtəsində olmadığı ərazilərdə hava hücumundan müdafiə sistemlərinin ekipajları müdaxilə etməyib.

“The Wall Street Journal” nəşrinin məlumatında isə qeyd olunub ki, Donald Tramp “Patriot” raketlərinin ehtiyatının azalmasının qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salıb. Nəşrin məlumatına görə, ABŞ hərbi rəhbərliyi də mümkün əməliyyatların raket ehtiyatlarını təhlükəli həddə çatdıra biləcəyi barədə xəbərdarlıq edib.

Mövzunu şərh edən siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, ABŞ-ın Yaxın Şərqdə istifadə etdiyi hava hücumundan müdafiə sistemləri, xüsusilə də "Patriot" raket kompleksləri üçün sursat ehtiyatlarının azalması Vaşinqtonu hərbi strategiyasına yenidən baxmağa məcbur edir.

Onun sözlərinə görə, İranın buraxdığı hər raketin qarşısını almaq üçün "Patriot" raketindən istifadə olunması həm ehtiyatların sürətlə tükənməsinə, həm də ciddi maliyyə yükünün yaranmasına səbəb olur: Bu raketlərin istehsalı qısa müddətdə mümkün deyil. Məhz buna görə Prezident Donald Tramp hərbi əməliyyatların dayandırılması barədə qərar verdi. İran isə artıq daha uzaqmənzilli raketlərdən istifadə edir və bu, xüsusilə Körfəz ölkələrinin müdafiəsi baxımından ABŞ üçün əlavə çətinliklər yaradır. Onu da deyim ki, İrana qarşı mümkün quru əməliyyatı artıq lokal qarşıdurmadan çıxaraq genişmiqyaslı regional müharibəyə çevrilə bilər. Belə bir ssenari geri dönüşü olmayan prosesə çevrilər. Münaqişənin coğrafiyası genişlənər, İsrail, Körfəz ölkələri və digər regional aktorlar daha fəal şəkildə prosesə cəlb olunar. ABŞ da bunun həm hərbi, həm də iqtisadi nəticələrini nəzərə almağa çalışır."

Ə.Şahidovun sözlərinə görə, ABŞ Dövlət katibi Mark Rubionun Körfəz ölkələrinin Vaşinqtona daha çox maliyyə dəstəyi verməli olduğu barədə açıqlaması da müharibənin yüksək m aliyyətindən xəbər verir: "Artıq ABŞ-ın bu müharibəyə təxminən 40 milyard dollar xərclədiyi bildirilir. Bu isə Amerika cəmiyyətində narazılıq yaradır. İnsanlar ABŞ üçün birbaşa həyati əhəmiyyət daşımayan münaqişəyə bu qədər vəsait və resurs sərf olunmasını dəstəkləmirlər. Bahalı hava hücumundan müdafiə raketlərinin ucuz kamikadze pilotsuz uçuş aparatlarına qarşı istifadəsi uzunmüddətli perspektivdə iqtisadi baxımdan səmərəli deyil. Təxminən 10 min dollar dəyərində olan kamikadze dronu vurmaq üçün qiyməti 1 milyon dollara çatan "Patriot" raketindən istifadə etmək davamlı strategiya sayıla bilməz. ABŞ hazırda ilk növbədə öz hərbi bazalarını və şəxsi heyətini qorumağa çalışır. Bundan əlavə, bu sistemlər eyni vaxtda çoxsaylı raket hücumlarının hamısını zərərsizləşdirmək imkanına malik deyil. Oxşar vəziyyət İsrail-İran qarşıdurması zamanı da müşahidə olunub. Müharibənin ilk günlərində hava hücumundan müdafiə sistemləri buraxılan raketlərin böyük hissəsini məhv edə bilirdi. Lakin döyüşlər uzandıqca həm raket ehtiyatları azaldı, həm də müdafiə sistemlərinin effektivliyi aşağı düşdü. Eyni zamanda İranın raket və pilotsuz uçuş aparatları ehtiyatının tükənmədiyi görünür. Bu səbəbdən ABŞ mövcud sursat ehtiyatından daha qənaətli istifadə etməyə çalışır."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyul 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri