Rüfət Abdullazadənin komandası son dəqiqələrdə məğlubiyyətdən xilas oldu
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şmona” İsrail Premyer Liqasının doqquzuncu turunda səfərdə “Beytar”la (Qüds) heç-heçə edib - 1:1.
İdman.Biz xəbər verir ki, meydan sahibləri 42-ci dəqiqədə Adi Yonanının qolu ilə hesabı açıblar.
Qonaqlar məğlubiyyətdən matçın son saniyələrində xilas olublar. Amadu Saqna 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Rüfət Abdullazadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu 71-ci dəqiqədə Niv Qabayın əvəzinə meydana daxil olub.
Bu nəticədən sonra “Kiryat Şmona” xalını dördə çatdırıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:Rüfət Abdullazadənin komandası uduzdu
13 Dekabr 2025 01:25
Rüfət Abdullazadənin komandası məğlub oldu
24 Oktyabr 2026 22:15
Rüfət Abdullazadənin komandası yenə uduzdu
20 Dekabr 2025 00:42
Rüfət Abdullazadənin komandası İsraildə darmadağın olub
15 Sentyabr 2026 01:33
Rüfət Abdullazadənin komandası “Hayduk”u məğlub etdi
14 Sentyabr 2025 00:59
Baxış sayı:162
Bu xəbər 31 Oktyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















