Icma.az
close
up
RU
“ABŞ NATO nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər”

“ABŞ NATO nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“NATO Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyə qərar verib. Şimali Atlantika Blokunun Yaponiya və Cənubi Koreyaya təxminən 300 nümayəndədən ibarət heyət göndərməsi buna sübutdur. Bu səfər Pekinin narazılığına səbəb olub. Pekində nəşr olunan “Global Times” qəzeti NATO-nun Asiya-Sakit okean regionunun hesabına hərbi, siyasi və diplomatik fəaliyyət dairəsini genişləndirməyə çalışdığını yazıb. Beləliklə, NATO Şərqə doğru genişlənmək siyasətini həyata keçirir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, Şimali Atlantika Bloku bununla gücünü zəifləmədiyini göstərməyə çalışır:

“Çünki, NATO-nun əsas ölkəsi olan ABŞ Prezidenti Donald Trampın təşkilatı sərt tənqid etməsi Şimali Atlantika Blokunun imicinə mənfə təsir edib. NATO Trampın “Hörmüz boğazını birgə qoruyaq” çağırışına dəstək vermədi. Buna görə də Tramp ABŞ-ın NATO-nu tərk edəcəyinə dair açıqlamalar verdi. Halbuki, bunu yerinə yetirmək asan deyil. ABŞ-nin NATO-nu tərk etməsi üçün Konqresin qərarı lazımdır. Digər tərəfdən ABŞ NATO-nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər. Bu isə ABŞ-nin fövqəldövlət statusuna mənfi təsir edəcək. Buna baxmayaraq, ABŞ-NATO münasibətlərindəki ziddiyətlər Şimali Atlantika Blokunun birliyinə təsir edib. Bu mənada NATO-nun Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı təşkilatın təhlükəsizlik məsələlərində arxa planda olmadığını göstərir. Brüssedə əmindirlər ki, Avropanın təhlükəsizliyi Asiyanın təhlükəsizliyindən birbaşa asılıdır. Şimali Atlantika Bloku buna görə Asiya istiqamətinə önəm verməyə başlayıb”. 

Politoloq deyib ki, NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya birgə hərbi təlimlərinin sayını artırıb:

“Ötən ilin yanvar ayında Yaponiya NATO yanında daimi nümayəndəlik açıb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi ki, Yaponiya NATO ilə fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşdır. Yaponiya Çin təhlükəsindən qorunmaq üçün qonşu ölkələrlə də hərbi əməkdaşlığı genişləndirib. Misal üçün 2014-cü ildə Yaponiya ilə Avstraliya arasında 7 milyard dollarlıq hərbi əməkdaşlıq sazişi imzalanıb. Yaponiyanın hərbi gücünü artırması, NATO ilə ittifaqı gücləndirməsi Pekinlə yanaşı Moskvanı da narahat edir. Kreml hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsində məğlubiyyət şərtlərinə görə, hərbi gücünü artırmamalıdır. Halbuki, Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın Çin-Rusiya hərbi təlimlərinin keçirilməsi Tokioya hərbi gücünü artırmaqdan başqa alternativ qoymayıb”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri