Icma.az
close
up
RU
ABŞ NATOnu tərk edə bilərmi? (ŞƏRH)

ABŞ NATOnu tərk edə bilərmi? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib. Belə ki, "NBC News" telekanalına açıqlamasında o, Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, ABŞ-ın onun tərkibindən çıxacağı ilə hədələyib. 

"Əgər onlar öhdəliklərini yerinə yetirsələr, təbii ki" deyə Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala cavab verib. O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq. 

Qeyd edək ki, Tramp hələ birinci prezidentlik dövründə NATO üzrə müttəfiqlərdən maliyyə öhdəliklərini yerinə yetirməyi tələb edib. Tramp yenidən həmin tələbi irəli sürməklə NATO-nun saxlanılmasında əsas maliyyə mənbəyi olmaq niyyətinin olmadığını bir daha ortaya qoyur. Bununla o, Avropadakı müttəfiqlərə bir daha xatırladır ki, maliyyə öhdəliklərinə əməl etsinlər. Sirr deyil ki, NATO-dakı dövlətlərin bir çoxu qurumun saxlanılması üzrə maliyyə öhdəliklərinə əməl etmir. Üzv ölkələrin müdafiə xərcləri ümumi daxili məhsulun ən azı 2 faizini təşkil etməlidir. İndiki halda ABŞ-ın qurumda müdafiə xərcləri onun ümumi daxili məhsulunun 4,8 faizini təşkil etdiyi halda, Almaniyanın 1,4, Belçikanın 1,1, Fransanın 1,9, İspaniyanın 0,9, Hollandiyanın 1,3, İtaliyanın 1,4, Latviya və Macarıstanın 1, Litvanın 0,8, Türkiyənin isə 1,9 faizdir. Tramp isə tələb edir ki, quruma üzv ölkələrin büradakı müdafiə xərcləri ÜDM-nin 2 faizindən az olmasın. Bu həddi keçən NATO ölkələri ABŞ-dan başqa Böyük Britaniya və Yunanıstandır. Bu mənada Trampın hədəsi başa düşüləndir. Çünki quruma üzv ölkələrin mütləq əksəriyyəti maliyyələşmə ilə bağlı üzərlərinə düşən öhdəliklərə əməl etmir.

Ağ Evin yeni sahibi də bununla çalışır ki, xərclər məsələsində Avropadakı müttəfiqlərin yükü artsın. Bu istiqamətdə ABŞ-ın yükünün azalmasına nail olub, yerdə qalan həmin vəsaiti daxili məsələlərin həllinə yönəltməyi düşünür. 

Lakin Trampın əks halda NATO-nun ABŞ-sız qalacağı fikri heç bir halda reallığı əks etdirmir. Tramp hətta istəsə belə, bunu reallaşdıra bilməyəcək. Ətrafı belə ona buna getməyə imkan verməyəcək. Çünki ABŞ-ın NATO-dan uzaqlaşması qurumun sonu demək olacaq. Bu vəziyyət qurum daxilində çəkişmələrə də yol aça bilər. Belə vəziyyətdə NATO saxlanılsa da belə, onun nüfuzu və əhəmiyyəti xeyli dərəcədə azalacaq. Yaranmış fürsətdən NATO və ABŞ-a düşmən ölkələr birmənalı olaraq öz xeyirlərinə yararlana  bilərlər. Çox güman ki, Tramp özü də bunu başa düşür və əslində ölkəsinin NATO-dan ayrılmasına da çalışmır.  Tramp sadəcə olaraq bu kimi hədələrlə müttəfiqlərini məsuliyyətli olaraq, maliyyə öhdəliklərini əməl etməyə təhrik  edir. Böyük ehtimalla hərbi blokdakı bir  çox dövlərlər təzyiq altında Trampın tələblərinə əməl etmək məcburiyyətində qalacaqlar. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri