“Barselona” ilə oyuna doğru: “Futbolumuz adına bayramdır”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah” UEFA Çempionlar Liqasının V turunda bu gün “Barselona”nı qəbul edəcək. Görüşə saat 21:45-də start veriləcək.
Futbolpress.az xəbər verir ki, “Barselona” tarixində ilk dəfə Bakıda avrokubok matçı keçirəcək. Kataloniyalılar Azərbaycana gələn 3-cü İspaniya təmsilçisidir. Bunadək “Atletiko” və “Sevilya” Bakıda meydana çıxıb.
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Barselona”nın Azərbaycana səfəri ilə bağlı fikirlərini bölüşdü:
“Bu matç Azərbaycan futbolu və azarkeşlər üçün önəmli qarşılaşmadır. Çoxdandır, belə nüfuzlu komanda Bakıya gəlmirdi. Fanatlar üçün əsl bayramdır. Düşünürəm ki, “Sabah” belə fürsətlərdən təcrübə qazanmalıdır. Bu dəfə nəticədən daha çox, öyrənmək və inkişaf etmək önəmlidir. Təmsilçimizə uğurlar arzu edirəm”.
Millinin idman direktoru İlqar Qurbanov bugünkü görüşü ölkə futbolu üçün böyük hadisə adlandırdı:
“Barselona”nın Bakıda olması böyük hadisədir. Təmsilçimizin belə turnirdə çıxış etməsi böyük nailiyyətdir. Bundan maksimum yararlanmaq, oyundan zövq almaq lazımdır. Çox gözəl gündür, futbolumuz adına bayramdır”.
AFFA-nın texniki direktoru Edmond Klaussun köməkçisi, millinin sabiq məşqçisi Arif Əsədov da görüşlə bağlı fikirlərini bölüşdü:
“Bayram əhvallı oyun olacaq. Fanatların matçdan zövq alacağını düşünürəm. “Sabah” üçün də böyük sınaqdır. Məsələ nəticə deyil, təcrübə toplamaq, öz oyununu nümayiş etdirməkdir. Təmsilçimiz “Barselona” üçün ciddi problem yarada bilər. “Sabah” ilk dəqiqələrdə rəqibin təzyiqinə tab gətirə bilsə, daha yaxşı təsir bağışlayacaq”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















