Icma.az
close
up
RU
​ABŞ nin “Apaçi” helikopterini kim vurub? Amerikalı siyasi şərhçidən maraqlı iddia

​ABŞ nin “Apaçi” helikopterini kim vurub? Amerikalı siyasi şərhçidən maraqlı iddia

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Hörmüz boğazı yaxınlığında Amerikanın “AH-64 Apaçi” hücum helikopterinin İran tərəfindən vurulmasını əsas gətirən ABŞ Prezidenti Donald Tramp İrana yeni hərbi zərbələrə dair əmr verib. Bu isə ABŞ ilə İran arasında hərbi gərginliyi və qarşılıqlı zərbələri yenidən bərpa edib.

“AzPolitika” xəbər verir ki, amerikalı siyasi şərhçi Aleks Cons bu insidentlə bağlı sosial mediada maraqlı iddiayla çıxış edib. Onun iddiası geniş müzakirələrə səbəb olub.

O deyib ki, Hörmüz boğazı yaxınlığında Amerika helikopterinin vurulması mümkün “başqa bayraq altında əməliyyat” kimi araşdırılmalıdır. Onun fikrincə, İsrailin bu hadisədə iştirak etməsi ehtimalı var.

İlkin araşdırma helikopterin İran pilotsuz təyyarəsi tərəfindən vurula biləcəyini göstərsə də, İran rəsmi olaraq Amerika helikopterinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyib. İran Xarici İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, hadisə regiondakı gərgin vəziyyət səbəbindən, qəsdən olmadan baş verə bilər. Qeyd olunur ki, İranın yaxınlığında yerləşən xarici qoşunlar daim mümkün səhvlər və ya qəzalar riski altındadır. Buna baxmayaraq, Tramp hücuma görə İranı günahlandırıb və İranın hava hücumundan müdafiə sistemlərinə, radarlarına, komandanlıq və idarəetmə mərkəzlərinə cavab zərbələri endirilməsini əmr edib.

Cons isə hadisənin İsrailin 1967-ci ildə Amerika təyyarədaşıyan gəmisini məhv etdiyi “USS Liberty hadisəsi”nin ildönümündə - 8 iyunda baş verdiyini qeyd edib. Bu vəziyyəti diqqətəlayiq adlandıran Cons həmçinin qeyd edib ki, İsrail ABŞ və İran arasında sülh müqaviləsini pozmaq üçün Livan başda olmaqla, qonşu ölkələrə müntəzəm təxribatçı hücumlar həyata keçirir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri