Icma.az
close
up
RU
ABŞ nin BMT dən çıxışı: qlobal siyasətdə yeni gərginliklər

ABŞ nin BMT dən çıxışı: qlobal siyasətdə yeni gərginliklər

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci Dünya Müharibəsindən sonra qlobal təhlükəsizliyi təmin etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və münaqişələrin diplomatik yolla həllinə töhfə vermək məqsədilə yaradılmış ən mühüm beynəlxalq qurumlardan biridir. Lakin son illərdə bu təşkilatın effektivliyi və ABŞ-nin buradakı rolu ciddi müzakirə mövzusuna çevrilib.

ABŞ Konqresinin Respublikaçı üzvləri ölkənin BMT-dən çıxması və bu quruma maliyyə ayırmağın dayandırılması ilə bağlı qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Bu təşəbbüs qlobal siyasətdə mühüm dəyişikliklərə yol aça bilər. Belə ki, dünyanın aparıcı güclərindən birinin təşkilatdan ayrılması onun beynəlxalq təsir imkanlarını məhdudlaşdıra, BMT-nin fəaliyyətinə ciddi təsir edə və beynəlxalq nizamın balansını poza bilər.

Mübahisəli qərarın arxasında ABŞ siyasətçilərinin müxtəlif arqumentləri dayanır. Respublikaçı senatorlar hesab edirlər ki, BMT artıq ABŞ-nin maraqlarına uyğun fəaliyyət göstərmir və ölkənin bu təşkilata ayırdığı vəsait effektiv istifadə olunmur. Digər tərəfdən, tənqidçilər bildirirlər ki, ABŞ-nin BMT-dən çıxışı qlobal liderlik iddiasına zərbə vuracaq, müttəfiqlərlə münasibətləri gərginləşdirəcək və beynəlxalq sistemdə boşluq yaradacaq.Bu layihənin qəbul edilməsi beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb ola bilər.

ABŞ-nin BMT-dən ayrılması dünya siyasətinə və qlobal təhlükəsizlik sisteminə necə təsir edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Oqtay Qasımovun sözlərinə görə, ABŞ BMT-nin yaradılmasında fəal iştirak etmiş əsas dövlətlərdən biridir. Məhz 1945-ci ildən sonra dünyada yaranmış nizam arxitekturası da məhz bununla bağlıdır:

"Bu səbəbləri göz önünə alsaq, sözügedən iddianın reallaşacağını hesab etmirəm. Bu bəyanatlar səslənə bilər. Lakin qeyd etdiyim ki, İkinci Dünya Müharibənsindən beynəlxalq təhlükəsizliyin təminatçısı olan dövlətlərdən biri də məhz ABŞ olub. Birləşmiş Ştatlar bununla özünü bütün dünyaya qarşı qoyur. Mən düşünmürəm ki, bu addım onların siyasətinə müsbət təsir edər. BMT ABŞ-nin qlobal iddialarının həyata keçirilməsində istifadə olunan alətlərdən biridir".

Oqtay Qasımov: Birləşmiş Ştatların bu istiqamətdə maraqlı olduğunu düşünmürəm

O.Qasımovun fikrincə, belə vacib siyasi alətin ABŞ-nin "əlindən çıxması" onlara sərf edən versiya deyil:

"Birləşmiş Ştatların bu istiqamətdə maraqlı olduğunu düşünmürəm. Təbii ki, biz hazırda yeni dünya nizamının formalaşdırıldığı dönəmdəyik. Gələcək nizamın necə olacağı və proseslərin hansı istiqamətdə davam edəcəyini demək isə bir qədər çətindir. Lakin düşünürəm ki, hazırda BMT-nin dağıdılması yox, təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Çox güman ki, Təşkilatın strukturu modernləşdiriləcək. Bu istiqamətdə tədbirlərin görülməsi daha adaptiv versiyadır".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri