Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“ABŞ nin bütün əsas şərtlərini Tehran prinsipcə qəbul edib” Taleh Şahsuvarlı

“ABŞ nin bütün əsas şərtlərini Tehran prinsipcə qəbul edib” Taleh Şahsuvarlı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Siyasi analitik Taleh Şahsuvarlı Demokrat.az saytının suallarını cavablandırıb.
- Taleh bəy, ABŞ-İsrail-İran savaşında atəşkəs barədə razılıq əldə edilib. Hər iki tərəf özünü qalib sayır. Bəs, əsl qalib kimdir?
Hər iki tərəfin özünü qalib sayması normaldır və gözləniləndir. Bu hadisə yadımıza Türkmənçay müqaviləsini salır. Türkmənçay müqaviləsində Qacarlar kifayət qədər geniş ərazi itirmişdi, amma müqavilədə yazırdılar ki, şükür ki savaş xoşbəxt sonluqla bitib. İran 40 gün boyunca bu müharibədə ancaq “özü üzərində” qalib gəlib, özü üzərində də qalib gəlməyin axırı bu cür “xoşbəxtliklə” bitir. ABŞ-yə gəlincə, onun savaş strategiyası məhz ona hesablanmışdı ki, İran masaya otursun. Tehran rejimi masaya oturmaqdan, daha doğrusu oturaraq təslim olmaqda imtina etdikcə, ABŞ hərbi təzyiqi artırır, “masaya gəl” deyirdi. Əgər İran ABŞ-nin şərtlərini elə indiki ölçüdə daha öncə qəbul etsəydi bu müharibə olmayacaq, yaxud ilk həftə bitəcəkdi. Prosesi uzatmaqla İran daha çox zərbə aldı və nəhayət Trampın ultimatumunu qəbul etməli oldu. Bu, ABŞ üçün arzulanan ssenari idi.
- ABŞ bu ssenaridə niyə maraqlı idi?
Bir çox səbəbdən. Ən mühüm səbəb isə budur ki, ABŞ İranın xaosa yuvarlanmasını istəmir. Ağ evin məqsədi İran üzərində siyasi nüfuzunu bərpa etməkdir. Buna nail oldu. Sadəcə, Sazişin imzalanması lazımdır ki, məsələ rəsmiləşsin.
- Sazişdə hansı şərtlər yer alacaq?
Trampın açıqlamaları göstərir ki, onun administrasiyasının irəli sürdüyü 15 bəndə İran 10 maddə halında Ağ evi qane edəcək cavab verib. Detallar, əlbəttə, razılaşdırılacaq. Amma hər kəs başa düşür ki, İranın verdiyi vəddən qaçması mümkün deyil. Əks halda, Tramp daha “Qum saatı” quraşdıracaq deyil. O da ola bilər ki, danışıqlar uzansın, saziş 2 həftə ərzində imzalanmasın, amma çərçivə artıq bəllidir. Lakin İran situasiyanı qeyri-müəyyən vaxtadək uzada bilməyəcək. Vensin açıqlamaları da bu yöndədir. Üstəlik, İsrail faktoru da var. İsrail aydın başa düşür ki, İran məsələsi Trampın hakimiyyət dövründə həll olunmalıdır.
- Bəs, bu sazişin İran üçün məqbul tərəfləri nədir?
İran tamamilə məhv olmaqdan qurtuldu və ABŞ-dəkı aktivlərinin bərpa olunması, sanksiyaların götürülməsi ilə maddi gəlirlər əldə edəcək. Lakin bunlar rejimi qorumağa kifayət etmir. Hər halda, Pakistanın vasitəçiliyi və Çinin təsiri ilə İran elitası kapitulyasiyadan transformasiya xəttini tutdu. Lakin ən önəmli məsələ budur ki, İranın ipi artıq ABŞ-nin əlindədir və bu, regionda yeni balans deməkdir.
- Bəs, İrandakı rejim kapitulyasiyadan transformasiyaya xəttindən imtina etsə?
Əgər indiki halda tərəflər hansısa kritik problemi dondurmağa çalışsalar, yaxud “ara sakitləşsin, sonra yenidən işimizdə olarıq” məntiqi ilə prosesə baxsalar, bir-iki il sonra yenidən münaqişə alovlana bilər. O zaman İran da daha çox itirər, ABŞ də! İndi ABŞ İranın problem hesab etdiyi bütün sahələrdəki fəaliyyətini kontrola götürmək və məsələləri dinc üsulla həll etmək istəyir. Bunun üçün isə silahı Tehranın başından heç zaman çəkməyəcək.
- İran rejiminin ayaqda qalmasını ABŞ-nin məğlubiyyəti saymaq olarmı?
Xeyr, olmaz. Əvvəla, İranda heç bir yeni qüvvə ABŞ qarşısında təslimiyyət aktına imza atmaq istəməzdi. İndi mollaların özü atacaq bu imzanı. Digər tərəfdən, ABŞ üçün rejimin dəyişməsi prioritetdir, amma dərhal yox. Əgər müharibənin ilk günü keçirilən əməliyyatdan sonra rejim çöksəydi, SEPAH-ın silahları başıpozuq qüvvələrin əlinə keçə bilərdi. Bu isə tam xaos demək olardı. ABŞ-yə İranda nüfuzunu bərpa etmək, Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək lazımdır. Yeni və uzunmüddətli münaqişə ABŞ üçün arzuolunmazdır. Xəmneyinin ölümü onsuz da İranda rejimin sorğulanmasını gündəmə gətirəcək və islahat çağırışları yüksələcək. Bu, İranda yeni proseslərin başlaması deməkdir.
 - İddia olunur ki, İsrail bu atəşkəs razılaşmasından narazıdır və danışıqlar prosesini poza bilər. Siz necə düşünürsünüz?
İsrail, aydın məsələdir ki, öz təhlükəsizlik maraqlarından çıxış edir və onu yer üzündən silməyə hazırlaşan bir rejimi bölgədə istəmir. Ancaq ABŞ ilə sazişdən sonra İranda anti-sionizm, anti-amerikanizm təbliğatı zəifləyəcək. Əsas problem olaraq İranın proksi qüvvələridir. İran onları qorumaq istəyir, ABŞ isə Tehranın Hizbullaha, Həmasa dəstəyinin tam kəsilməsini. Çünki proksi qüvvələri olmayan İran regional güc demək deyil. Lakin inanmaq çətindir ki, bu məsələdə ABŞ güzəştli mövqe tutacaq. Çünki dondurulmuş aktivlərin ABŞ-nin terrorçu saydığı, İsrailə bilavasitə təhdid yaradan qüvvələrin cibinə getməsinə heç kim razı olmaz. Ümumiyyətlə, görünən odur ki, ABŞ-nin bütün əsas şərtlərini Tehran prinsipcə qəbul edib.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri