ABŞ nin dövlət borcu 50 trilyon dollara çata bilər
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ hökuməti 40 trilyon dolları ötən dövlət borcunun azaldılması üçün cəmiyyətdə narazılıq yarada biləcək sərt addımlar atmaq məcburiyyətində qala bilər.
ABŞ federal hökuməti uzun illərdir vergi gəlirlərindən daha çox xərcləyir. Nəticədə büdcə kəsiri artır, dövlət borcu isə sürətlə yüksəlir.
Hazırda ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27 faizi keçib. Ekspertlər hesab edirlər ki, borclanmanın qarşısını almaq üçün Vaşinqton ya vergiləri artırmalı, ya da dövlət xərclərini azaltmalıdır. Hər iki qərarın əhali arasında ciddi narazılıq yarada biləcəyi bildirilir.
Mütəxəssislər ABŞ iqtisadiyyatı üçün "borc spiralı" riskinin də artdığını vurğulayırlar. Belə vəziyyətdə borca xidmət xərcləri iqtisadi artım tempini üstələyir. Hazırda ABŞ milli borc üzrə faiz ödənişlərinə ildə təxminən 1 trilyon dollar xərcləyir.
Peterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına əsasən, zəruri islahatlar həyata keçirilməsə, ABŞ-nin dövlət borcu qarşıdakı altı il ərzində 50 trilyon dollara çata bilər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Avqust 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















