Gecə ulduzların yerini onlar tutur Bir şəhər üstündə 710 peyk uçur
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yer orbitində peyklərin sayı sürətlə artır. Araşdırmaya görə, orta enliklərdə yerləşən şəhərlərin üzərində eyni vaxtda 700-dən çox peyk olur. Bu, astronomik müşahidələri çətinləşdirir.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, “Accu Components” şirkətinin araşdırmasında Yerə yaxın orbitdəki 15833 aktiv peykin hərəkəti təhlil edilib.
Böyük Britaniyanın orta ölçülü şəhərlərinin üzərində eyni vaxtda təxminən 710 peyk olur. Onların orta hesabla 105-i Günəş işığını əks etdirərək adi gözlə görünə bilir.
Gün batdıqdan sonrakı ilk saatda görünən peyklərin sayı 300-ə çatır. Gecə yarısına yaxın bu rəqəm 20-dən aşağı düşür. Bir gecə ərzində isə eyni ərazinin üzərindən 12891 fərqli peyk keçir.
Peyklərin artımında “SpaceX” şirkətinin “Starlink” layihəsi əsas rol oynayır. Hazırda orbitdəki aktiv “Starlink” peyklərinin sayı 11200-ü ötüb.
Peyklər teleskopların çəkdiyi görüntülərdə parlaq izlər yaradır və gecə səmasının parlaqlığını artırır. Bu isə uzaq ulduz və qalaktikaların müşahidəsini çətinləşdirir.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















