ABŞ nin İranla müzakirələrində əsas danışıqçısı Vens ola bilər
Icma.az bildirir, 525.az portalına istinadən.
Pakistanda Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı danışıqların keçirilməsi halında ABŞ vitse-prezidenti Cey Di Vens ölkəsinin nümayəndə heyətinə rəhbərlik edə bilər.
Report.az xəbər verir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat yayıb.
Bununla yanaşı qeyd olunub ki, İran tərəfindən əsas danışıqçı parlamentin spikeri Məhəmməd Baqer Qalibaf ola bilər.
Nəşr bildirib ki, Pakistan hökuməti Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi olmaq istəyir. Tərəflər artıq bu həftə danışıqlar üçün İslamabadda görüşə bilərlər.
Eyni zamanda vurğulanıb ki, İslamabad nə hansısa sülh danışıqlarının keçirilmə yeri kimi rəsmi şəkildə təsdiqlənib, nə də tərəflər buna razılıq veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 24 Mart 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















