Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

ABŞ nin maddi yardımları davam edəcək: xoş məram, yoxsa çirkin məqsəd?

ABŞ nin maddi yardımları davam edəcək: xoş məram, yoxsa çirkin məqsəd?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xarici yardım ABŞ-nin qlobal siyasətində mühüm alətlərdən biri olub və uzun illər ərzində beynəlxalq münasibətlərdə təsirli rol oynayıb.

Bununla belə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi ilə ölkənin xarici yardım siyasətində yeni mərhələyə keçid müşahidə olunur. ABŞ dövlət katibi Marko Rubionun bəyanatına əsasən, bu yardımlar dayandırılmayacaq, əksinə, ölkənin milli maraqlarına uyğun şəkildə "məntiqli" və məqsədyönlü formada davam etdiriləcəkdir.

Bəs ABŞ-nindigər ölkələrə maliyyə yardımları yenə davam edəcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Anar Əliyev bilidirib ki, Donald Trampın USAİD-in fəaliyyətini dayandırmaqda bir neçə məqsəd var. Onun sözlərinə görə, Tramp administrasiyası ilk növbədə ABŞ-nin xaricdə apardığı humanitar və inkişaf yardımı proqramlarını məhdudlaşdırmaqla, dövlət büdcəsindən bu kimi layihələrə ayrılan vəsaitləri azaltmağa çalışır:

"Bu, onun “Amerika hər şeydən öncə” (America First) siyasətinə tam uyğundur və ölkənin daxili iqtisadi prioritetlərinə daha çox vəsait yönəltməyə imkan yaradır. Bundan əlavə, USAİD-in fəaliyyətinin nizamlanması məqsədilə ciddi araşdırmalar aparılacaq. Araşdırma komissiyası Dövlət Departamentində yaradılacaq, bu da vəziyyətin ciddiliyindən xəbər verən amildir. Lakin USAİD-in ayırdığı yardımlar dayansa da, bu və ya digər formada xarici ölkələrə maliyyə yardımlarının ayrılacağı istisna edilmir. Dünən ABŞ dövlət katibi Marko Rubio da bu barədə açıqlama verib. Dövlət katibi bildirib ki, Beynəlxalq İnkişaf Agentliyinin ləğv edilməsinə baxmayaraq, Birləşmiş Ştatlar xarici yardım göstərməyə davam edəcək".

Müsahibimiz bildirib ki, Marko Rubionun bu bəyanatı xüsusi əhəmiyyət daşıyır. Çünki, Rubionun vurğuladığı əsas məqam, ABŞ-nin dünya səhnəsində daha əvvəlki dövrlərdən fərqli olaraq, öz maraqlarını önə çıxarmağa və yalnız bu maraqlara xidmət edən yardımları prioritetləşdirməyə başlamağıdır. Bu, həm ABŞ-nin beynəlxalq münasibətlərinə, həm də dünya miqyasında onun təsir gücünə birbaşa təsir edə bilər:

"Bu yanaşmanın regionlarda, xüsusilə də kritik bölgələrdəki təsiri böyük ola bilər. Trampın administrasiyasının və Rubionun bəyanatlarının işığında, ABŞ-nin təqdim etdiyi yardımlar yalnız humanitar və inkişaf məqsədləri üçün deyil, eyni zamanda ABŞ-nin regional güc mövqeyini gücləndirmək və öz maraqlarını təmin etmək üçün də istifadə ediləcək. Məsələn, ABŞ, bəzi regionlarda öz təsirini artırmaq, Rusiya, Çin və digər müttəfiqlər qarşısında üstünlük əldə etmək üçün yardım proqramlarını daha şərtli və məqsədyönlü şəkildə həyata keçirə bilər".

Anar Əliyev: Qlobal güclərlə regional güc mərkəzləri arasında strukturlaşdırma gedir

Anar Əliyev qeyd edib ki, Ukraynaya, Gürcüstana USAİD tərəfindən göstərilən yardımlar buna bariz nümunədir. Həmsöhbətimizə görə, bu regionlardakı yardım fəaliyyətləri daxili sabitliyi mənfi situasiyaya gətirib çıxarmaq və Birləşmiş Ştatların dövlət siyasətinin aparılması əhəmiyyəti daşıyır:

"Bu iki ölkəyə yönəldilən yardımlar yalnız humanitar və inkişaf məqsədləri ilə məhdudlaşmır, həm də ABŞ-nin regional təsirini gücləndirmək, öz siyasi və iqtisadi maraqlarını qorumaq məqsədini güdür. Ukrayna və Gürcüstan kimi dövlətlər ABŞ-nin dəstəyini alaraq, daha çox demokratiya və iqtisadi inkişaf yönündə irəliləməyi hədəfləsələr də, yardımların təsiri bəzən arzuolunan nəticələrə gətirib çıxarmır. USAID-in bu ölkələrdə həyata keçirdiyi proqramlar bəzi hallarda, daxili sabitliyin pozulmasına və siyasi böhranların yaranmasına səbəb olub. Bu, xüsusilə, həmin ölkələrin daxili siyasətindəki qeyri-müəyyənliklərdən irəli gəlir. Yardımların düzgün istiqamətləndirilməməsi yerli siyasətçilər arasında gərginliklərə və digər mənfi hallara yol aça bilər".

Politoloq söyləyib ki, bütün baş verənlər USAİD və bu tip təşkilatların tarixə çevrilməsi deməkdir:

"Hazırda qlobal güclərlə regional güc mərkəzləri arasında strukturlaşdırma prosesi davam edir. Bu hadisələrin nizamlanması zamanı regional güc mərkəzləri ilə qlobal güclər arasında balanslaşdırma həyata keçirilir. Uzlaşmanın olması mütləqdir, çünki artıq 90-cı illər deyil. Onlar həm də regional məsələlərdə öz təsir sahələrini genişləndirmək istəyirlər. Bu güc mərkəzləri qlobal güclərə qarşı öz təsir imkanlarını artırmaqla, qlobal siyasətdə daha çox söz sahibi olmağa çalışırlar. Bu kontekstdə, ABŞ, Avropa İttifaqı və digər böyük dövlətlər bu yeni güc mərkəzlərinə qarşı müəyyən balanslaşdırma tədbirləri görməyə məcburdurlar”.

“Hadisələr onu göstərir ki, yeni dünya nizamı formalaşır. Rus evi, USAİD kimi təşkilatlar isə yavaş-yavaş tarixə çevrilir", - deyə Anar Əliyev əlavə edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri