ABŞ nin neft ehtiyatları artır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 sentyabr, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3 milyon barel artaraq 426 milyon 400 min barel olub. Bazar proqnozları ehtiyatların 700 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 400 min barel geriləyərək 284 milyon 600 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon 700 min barel azalaraq 206 milyon barel təşkil edib.
Bu mövzuda digər xəbərlər:ABŞ nin neft ehtiyatları azalıb
11 Dekabr 2025 12:45
ABŞ nin neft ehtiyatları artıb
23 Aprel 2026 11:09
Baxış sayı:61
Bu xəbər 24 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















