Icma.az
close
up
RU
ABŞ nin siyasəti onu parçalaya bilər AÇIQLAMA

ABŞ nin siyasəti onu parçalaya bilər AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Əgər  Tramp admistirasiyası kanala nəzarəti bərpa edə bilməsə seçkilərdə əsas vədi olan miqrant problemini həll edilməsi yarımçıq qalacaq. Panama kanalının ələ keçirilməsi Tramp üçün ABŞ cəmiyyətinə yeni əraziləri ələ keçirmək üçün də stimul yaratmaq baxımından önəmlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev ABŞ-nin siyasətini şərh edərkən bildirib. Onun sözlərinə görə, ABŞ-nin parçalanması ən çox müzakirə edilən mövzulardan biri olub.

"ABŞ-nin yeni Dövlət katibi Marko Robio ilk xarici səfərinə Latın Amerika ölkələrindən başlayıb. Dövlət Departamenti rəhbərinin ilk ziyarət etdiyi ölkə isə Panama olacaq. Donald Tramp hakimiyyətə gəldikdən sonra Panama kanalının ABŞ nəzarətinə keçməsi haqqında iddia qaldırılıb. Ehtimal ki, Robionun səfərində əsas müzakirə də məhz bu kanalın gələcək taleyi olacaq. Eyni zamanda Çin-Panama münasibətləri də ABŞ-ni ciddi şəkildə narahat edir. Çin şirkətləri Panamada 2 böyük limana nəzarət edir. Bu ölkədən Kostra - Rikaya uzanan dəmiryolunu çəkəcək Çinin məqsədi Latın Amerikasında möhkəmlənməkdir. Tramp Panama kanalını ələ keçirməklə həm Çinin burda güclənməsinin qarşısını almaq, həm də ölkəyə miqrant axını prossesini durdurmağı hədəfləyir. Çünki ABŞ-yə  ən çox miqrant axını məhz Panama kanalı vasitəsi ilə baş verir. Donald Trampın ölkə ərazisini genişləndirmək fikirlərinə əks olaraq ABŞ-nin parçalanması da son günlərin ən çox müzakirə edilən mövzularından biridir. Belə ki, bir müddət əvvəl ölkənin ən böyük ştatlarından biri olan Kaliforniyada müstəqillik barədə iddialar ortaya atılıb. "Kaliforniya Təşəbbüs Qrupu" qanunu şəkildə imza toplamaq üçün icazə alıb. Təşəbbüskar 2028-də ştatda ABŞ-yə qarşı etimadsızlıq referendumu təşkil etməyə və  Kaliforniyanın müstəqilliyini elan etməyi düşünürlər".

Politoloqun fikrincə, ABŞ-nin əsas rəqibləri olan Rusiya və Çin, eləcə də Avropa Birliyi və Kanada, Kaliforniyanın müstəqillik prosesinə dəstək verə bilər.

"ABŞ-də zaman-zaman ştatlar bu cür fikrə düşür. Məsələn, Trampdan əvvəlki prezident Co Baydenin dövründə Texas, Alyaska və Havay adaları ABŞ-dən ayrılmaq barədə təşəbbüs irəli sürmüşdülər. Ancaq Kaliforniya daha fərqli bir yerə sahibdir. İlk növbədə bu ştat dövlətçilik tarixinə malikdir. 14 iyun 1846-cı ildə Meksikadan birtərəfli olaraq müstəqilliyini elan edən Kaliforniya 7 iyulda ABŞ donanmasının Kaliforniya sahillərinə çıxması ilə qısa zamanda süqut edib. Bununla belə, Kaliforniya digər ştatlardan fərqli olaraq bayrağında “respublika” sözü yazılan tək ştatdır. Kaliforniya ölkənin ən yüksək ümumi daxili məhsul göstəricisi olan ştatıdır. Ştat ÜDM məsələsində Böyük Britaniya ilə demək olar eynidir. Kaliforniya müstəqillik qazansa, dünyanın 10 ən böyük iqtisadiyyatından biri ola bilər. Yəni iqtisadi baxımdan ABŞ-dən ayrı olması mümkündür. Bu məsələ ABŞ-nin əsas rəqibləri Rusiya və Çinin, eləcə də son zamanlar gərginlik yaşadığı Danimarka, Kanada və həmçinin Avropa Birliyinin əlini gücləndirir. Onlar Tramp admistirasiyasına qarşı məhz Kaliforniya kartından istifadə edə bilərlər. Ehtimal ki, münasibətlər gərginləşdikcə rəqibləri də ABŞ daxilindəki separatçı hərakatlara geniş şəkildə dəstək verəcəklər".

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Fevral 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri