Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Demirik ki, Ermənistan üçün “Nürnberq” olsun, amma...

Demirik ki, Ermənistan üçün “Nürnberq” olsun, amma...

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ başda olmaqla dünya ictimaiyyəti nəyin fərqində olmalıdır?

Son hadisələr göstərir ki, ABŞ artıq Ermənistanı dəstəkləməyə dair siyasi bəyanatlarla kifayətlənmir. Vaşinqton özünün ölkədəki mövcudluğunu ardıcıl praktiki müstəvilərdə möhkəmləndirməyə başlayır. Daha doğrusu, ortada onun eyni vaxtda mühüm strateji istiqamətlərə hakimliyi məsələsi var. Konkret istiqamətlərə gəldikdə, söhbət nəqliyyat kommunikasiyalarından, energetikadan, süni intellektdən, kritik əhəmiyyətli faydalı qazıntılardan və regional təhlükəsizlik sahələrindən gedir.

Sadaladığımız istiqamətlərə nəzər salaq. İlk baxışdan hesab etmək olar ki, onlar adi iqtisadi layihələrdir. Lakin prosesləri vahid mənzərədə birləşdirdikdə aydın olur ki, ABŞ Ermənistan üzərindən Cənubi Qafqazda uzunmüddətli iqtisadi və siyasi təsir sistemi formalaşdırmağa cəhd göstərir. Bir sıra müşahidəçilərin gəldikləri ümumi qənaət də məhz bu baxışa əsaslanır. İlk ağıla gələn isə TRIPP-dir.

Məlum olduğu kimi, oktyabrın 28-də Ermənistan Milli Assambleyası ABŞ-la TRIPP-ə dair Çərçivə Sazişini ratifikasiya etdi. Noyabrın 12-də ölkə parlamenti “TRIPP Development Company” şirkətinin yaradılması üçün zəruri qanunvericilik dəyişikliklərini təsdiqlədi. O da məlumdur ki, Amerika tərəfinin sözügedən şirkətdə 74, Ermənistanın 26 faiz payı nəzərdə tutulur. Layihənin ilkin icra müddəti isə 49 ildir və müddətin daha 50 il uzadılması imkanı var.

Baş verənlər fonunda Ermənistan hakimiyyətinin ölkənin suverenliyinin və yurisdiksiyasının qorunub saxlanılacağını dair bəyanatlarını eşidirik. Amma siyasi müşahidəçilərin suallarını da nəzərdən qaçıra bilmərik. İlk sual belədir: strateji əhəmiyyətli infrastruktur layihəsinin həyata keçirildiyi ərazinin sahibi olan dövlət idarəedici şirkətdə niyə cəmi 26 faiz payla təmsil olunsun? İkinci sualın qoyuluşu daha dramatikdir: Belə bir şəraitdə Ermənistan tərəfinin qərarlara təsir göstərmək üçün real imkanları nədən ibarətdir? Üçuncu sual isə maliyyə şərtləri ilə əlaqədardır. O şərtlər ki, onların İrəvan üçün nə dərəcədə əlverişli olacağı şübhəlidir.

Digər tərəfdən, noyabrın 7-də Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri TRIPP layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli texniki qrupların yaradıldığını elan ediblər. Bu istiqamətdəki ilkin fəaliyyət dairəsi nəqliyyat kommunikasiyaları və elektrik enerjisinin ötürülməsinə əsaslanır. Ölkəmizlə bağlı durum aydındır. Çünki Azərbaycan enerji məsələlərində müstəqildir.

Ermənistanın mövcud sahədəki axsaqlığı ekspertləri düşünməyə vadar edir. Düşüncələr fonunda gəlinən nəticə isə budur: Vaşinqton tədricən regionun yalnız nəqliyyat deyil, həm də enerji infrastrukturunun bilavasitə iştirakçısına çevrilir. İstər-istəməz daha bir sual da yaranır: Ermənistan Rusiyanın forpostluğundan çıxıb ABŞ-ın himayəsinə keçir?

Suallar çoxdur və onlara nəzər salarkən, regionda yaşananların və yaşanması proqnozlaşdırılan proseslərin geosiyasi əhəmiyyətini düzgün anlamaq zərurəti meydana çıxır. Məlumdur ki, TRIPP Sünik ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi nəzərdə tutur. Türkiyə üçün bu, Azərbaycan və Mərkəzi Asiya ilə bağlantının möhkəmləndirilməsi baxımından əlavə imkan deməkdir. ABŞ-ın məqsədi Avropa ilə Asiyanı birləşdirən yeni nəqliyyat marşrutunun formalaşdırılmasında iştirakdır. İrana gəldikdə, Birləşmiş Ştatların onun şimal sərhədinin bilavasitə yaxınlığında mövcudluğunu genişləndirməsi əlavə strateji suallar doğurur. Suallar haqqında söz açdığımız himayəçilik məsələsinin qabarıqlıq fazasından asılı olaraq yaranır.

Himayəçiliyin istiqamətləri genişdir və bu baxımdan süni intellekt sahəsi xüsusi diqqət çəkməkdədir. Ermənistanda Amerikanın “Firebird AI” şirkətinin NVIDIA texnologiyalarından istifadə etməklə iri layihə reallaşdırılır. 2026-cı ilin avqustunda Razdanda bununla əlaqədar hesablama mərkəzinin birinci mərhələsi istifadəyə verilib. İlkin investisiyaların həcmi təxminən 500 milyon dollar qiymətləndirilib.

Layihənin növbəti mərhələdə genişləndirilməsi bir neçə milyard dollar həcmində vəsait qoyuluşunu nəzərdə tutur. Məsələyə dair bu ilin sentyabrında nüfuzlu “The Wall Street Journal” nəşrində yayımlanmış məlumat da xüsusi maraq doğurur. Nəşrin yazdığına görə, danışıq aparan amerikalı şəxslər NVIDIA şirkətinin qabaqcıl çiplərindən istifadə imkanının Ermənistana verilməsi perspektivindən Azərbaycanla razılaşmaların irəlilədilməsi üçün stimullardan biri kimi yararlanıblar.

Deməli, “texnoloji diplomatiya” adlandırılan yanaşmanın tətbiqinin şahidi oluruq. Belə düşünmək mümkündür ki, Amerika texnologiyalarına çıxış imkanı təkcə iqtisadi üstünlüyə deyil, həm də xarici siyasət alətinə çevrilir. Fikrimizi qüvvətləndirmək üçün bu ilin aprelində Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin “Firebird AI” şirkəti ilə beş il ərzində 25 milyon dollar dəyərində hesablama resurslarının əldə edilməsinə dair müqavilə imzalamasının da üzərində dayana bilərik.

Başqa sözlə desək, söhbət təkcə ABŞ texnologiya layihəsinin inkişafına dəstəkdən yox, həm də onun xidmətlərinin alıcısına çevrilməkdən gedir. Əlbəttə, bütün bu məsələlərə münasibətdə bir sıra mühüm məqamları aydınlaşdırmaq zərurəti yaranır. Zərurət suallar doğurur. Suallar isə bunlardır: Ermənistanda əsas infrastruktur kimə məxsus olacaq? Texnologiyalara kim nəzarət edəcək? Gəlirlər necə bölüşdürüləcək? Ermənistanın mütəxəssisləri və şirkətləri bu investisiyaların nəticələrindən nə dərəcədə bəhrələnə biləcəklər? Daha vacib sual isə Ermənistanın ABŞ-ın onun üçün yaratdığı texnoloji üstünlüyü hansı məqsədlər naminə istifadə edəcəyi ilə bağlıdır.

Hesab edirik ki, həm yuxarıda qeyd etdiyimiz suallar fonunda, həm də ümumən yazıda vurğuladığımız məqamlara görə müəyyən paralellər aparmağa ehtiyac yaranır. Paralellər üçün isə tarixə üz tutmaq şərtdir. Məlum olduğu kimi, Birinci Dünya müharibəsində məğlubiyyətə uğramış Almaniya tez bir zamanda dirçəldildi. Daha doğrusu, ölkənin dirçəlməsinə şərait yaradıldı və göz yumuldu. Hətta o qədər göz yumuldu ki, Adolf Hitler kimi nasistin demokratik seçki yolu hakimiyyətə yiyələnib Avropaya meydan oxumasına imkan tanındı. Sonra yaşananlar isə hər kəsə yaxşı bəllidir – İkinci Dünya müharibəsi, saysız-hesabsız insan faciələri, bəlalar və sair. Nasistlər üzərində qurulmuş tarixi Nürnberq prosesi də yaddaşlardan silinməyib.

Cənubi Qafqaz müasir dövrdə iki müharibə görüb. Hər iki müharibənin müqəssiri Ermənistandır və ölkə, faktiki olaraq, bu savaşlar səbəbindən heç bir beynəlxalq tənə ilə üzləşməyib, üstəlik, etdiklərinə görə bəraət alması üçün nə isə etməyib. Habelə, erməni faşizmi hələ də sıradan çıxmış durumda deyil. Bunun əvəzində yuxarıda sadaladıqlarımız dəstək mexanizmlərinin işə düşdüyünü görürük. Hətta bu mexanizmlərin, obrazlı desək, ümumi sülh ritorikasının arxasında gizləndiyi nəzərimizdən qaçmır. Biz durumun fərqindəyik. Görəsən, ABŞ başda olmaqla, dünya ictimaiyyətinin fərqində olmadığı nədir? Sualımız ritorikdir…

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri