Icma.az
close
up
RU
ABŞ nin Sülh Şurası planı Qəzza ilə məhdudlaşmır ANALİTİK

ABŞ nin Sülh Şurası planı Qəzza ilə məhdudlaşmır ANALİTİK

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Şuranın gələcəyini ABŞ liderinin qərarları müəyyən edəcək”

Dünən Davosda ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurası” nizamnaməsinin imzalanma mərasimi keçirilib. Mərasimdə 20 ölkənin nümayəndəsi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Şuranın əsas məqsədi D.Trampın Qəzza müharibəsinin bitirilməsi üçün irəli sürdüyü 20 maddəlik sülh planının icrasına nəzarət etməkdir.

Bir sıra media qurumlarının yaydığı məlumata görə, təşəbbüsə qatılmaq, istəyən liderlərdən 1 milyard dollar vəsait tələb olunur. Təşkilata qoşulmaqdan imtina edən dövlətlərin sayı da az deyil. D.Tramp Rusiyanın dəvəti qəbul etdiyini iddia etsə də, Moskva məsələnin dəyərləndirildiyini bildirərək, məlumatı təsdiqləməyib. Çin isə ABŞ tərəfindən hazırlanmış qətnamədə, BMT-nin Qəzzanın gələcəyindəki rolunun aydın şəkildə göstərilməməsini əsas gətirərək, bitərəf qalmağı seçib. Norveç və İsveçin dəvəti rədd etməsi, eləcə də İtaliyanın iqtisadiyyat nazirinin Şuraya qoşulmanın gələcəkdə problemlər yarada biləcəyini vurğulaması, Avropada təşəbbüsə qarşı ehtiyatlı mövqenin mövcud olduğunu göstərir. Ən diqqətçəkən məqamlardan biri isə Fransa prezidenti Emmanuel Makronun təklifi qəbul etməməsidir. D.Tramp buna cavab olaraq Fransanı şərab və şampanlarına 200 faiz gömrük rüsumu tətbiq etməklə hədələyib. Bir sözlə, “Sülh Şurası” ideya olaraq Qəzzanın gələcəyi üçün yeni idarəçilik modelini təqdim etsə də, qlobal legitimliyi hələ sual altındadır.

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, "Sülh Şurası" təşəbbüsü ilk dəfə 2025-ci ilin sentyabrında gündəmə gətirilib: 

“Həmin mərhələdə İsrail-Fələstin münaqişəsi, xüsusilə Qəzza probleminin həlli istiqamətində beynəlxalq müstəvidə müxtəlif yanaşmalar və təkliflər müzakirə olunurdu. 2025-ci il noyabrın 17-də BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzza planını dəstəkləyən qətnamə qəbul edib. Həmin dövrdə, ABŞ və bir sıra ərəb dövlətləri Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasına Qəzza ətrafında baş verən hadisələrlə bağlı rəsmi müraciət ünvanlayıblar. Sözügedən müraciətdə Sülh Şurasının yaradılması ideyası öz əksini tapıb. Sonrakı mərhələdə ABŞ lideri və onun komandası Sülh Şurasını təşkilat formasına çevirməyi özlərinə əsas məqsəd kimi gördülər. İlkin mərhələdə Şura anlayışı yalnız Qəzza ətrafında yaranmış vəziyyətin idarə olunmasına yönəlsə də, sonradan təkcə həmin regionla məhdudlaşmayaraq, beynəlxalq münaqişələrin həlli mexanizmi kimi formalaşdırıldı”.

Analitik Şuraya üzv dövlətlərin maliyyə mexanizmləri məsələsinə də ətraflı şəkildə toxunub:

“Azərbaycanın təşəbbüsdə iştirakı ölkənin beynəlxalq müstəvidə artan rolunu, həmçinin ABŞ-Azərbaycan münasibətlərindəki mövcud dinamikanı əks etdirir. Sülh Şurasının fəaliyyət modeli məcburi maliyyələşmə prinsipi üzərində deyil, könüllü töhfələr əsasında qurulub. Ölkələr üçillik müddət üçün hər hansı maliyyə öhdəliyi götürmədən də Şuraya üzv ola bilərlər. Lakin 3 ildən artıq daimi üzvlük statusu üçün dövlətlərdən ən azı 1 milyard ABŞ dolları ianə tələb olunur. Toplanan vəsaitlər əsasən Qəzzanın bərpası və davamlı sülhün təşviqi üçün maliyyə resurslarının cəlb edilməsinə yönəldiləcək. Sülh Şurasının gələcək illərdəki fəaliyyəti və prioritet istiqamətləri təşkilatın sədri qismində çıxış edən, ABŞ liderinin qərarları əsasında müəyyən ediləcək”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri