Icma.az
close
up
RU
ABŞ nin super güc olması Qəzzadakı fələstinliləri köçürməsi anlamına gəlmir Politoloq

ABŞ nin super güc olması Qəzzadakı fələstinliləri köçürməsi anlamına gəlmir Politoloq

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər ABŞ-nin Prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı siyasəti dünya mətbuatını çalxalayıb.

Belə ki, Tramp İsrail baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Fələstindən yerli xalqın köçürülməsinin məqbul olduğunu deyib.

Eyni zamanda, Tramp köçürülən fələstinlilərin Ərəb ölkələrində məskunlaşmasının doğru seçim olacağını təklif edib.

Əlbəttə ki, Trampın Netanyahu ilə görüşü zamanı səsləndirdiyi Qəzza planı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, mövcud halı sərt şəkildə Türkiyə və digər dövlətlər tənqid ediblər.

Bəs, Trampın yenidən hakimiyyətə qayıtması ilə yeni qərarlar qəbul etməsi, o cümlədən miqrantlara qarşı kəskin aqressiv siyasəti, eyni zamanda Kanada və digər dövlətlərə qarşı yüksək rüsum və vergilərin tətbiq olunması nəyə hesablanıb?

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən "CrossMedia" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Trampın Yaxın Şərq siyasəti yanlış formalaşdırılıb:

"Mən hesab edirəm ki, Tramp adminstrasiyasının Yaxın Şərq siyasəti yanlış məsələlər üzərində formalaşdırılır. Buna daha çox ABŞ-nin İsrail sevgisi deyə bilərik. Çünki bu siyasi mövzuda Fələstinə yer yoxdur. Biz Trampın birinci prezidentliyi dönəmində Qüds məsələsinə yanaşmasında səhv mövqe tutduğunu gördük. Çox ciddi problemlərə yol açdı. Çünki Yaxın Şərq elə həssas bölgədir ki, burada mümkün qədər ədalətli mövqe sərgiləmək lazımdır. Hətta bunun özü belə problem yaradır ki, Trampın heç ədalətli yanaşmasının kiçik bir hissəsini görə bilmədik. Bu gün ABŞ-nin Yaxın Şərq siyasətini İsrail dəstəyi üzərindən qurmaq habelə Qəzzadan bütün fələstinlilərin köç etməsinə çağırış etmək, buna görə Misir, İordaniya kimi ölkələrə təzyiq etmək siyasəti Yaxın Şərqdə gərginliyi o dərəcəyə çatdıra bilər ki, bu zaman "qan çanağına dönüb". Qəzzadan fələstinlilər niyə köçürülməlidir ki?".

M.Göyüşlü qeyd edib ki, ABŞ-nin super güc olması onun Qəzzadakı ərəbləri, fələstinliləri köçürməsi anlamına gəlmir:

"Qüds şəhəri İsrailin paytaxtı olması məsələsi illərdir formalaşmış status-kvonu radikal şəkildə dəyişməyə cəhddir. Əgər Tramp bu şəkildə davam edərsə, biz deyə bilərik ki, ABŞ böyük dövlətdir, onun iradəsinə qarşı çıxmaq çox çətindir. Amma, ABŞ-nin super güc olması o demək deyil ki, Qəzzadakı ərəbləri, fələstinliləri köçürməlidir. Təbii ki, buna qarşı qatı etirazlar yaranacaq, müqavimət artacaq. Bu mənada, Trampın sözügedən Yaxın Şərq planını mənasız və yanlış hesab edirəm. Ümumiyyətlə, Trampın qonşu ölkələrə münasibəti, onlara tətbiq etdiyi qaydalar, rüsumların hamısı başdan-başa doğru olmayan addımlardır. Əgər bu gün İsrail hansısa ərazini zor gücünə işğal edirsə, bu o demək deyil ki, həmin məsələdə haqlıdır, qalib gəlib və ya gələcək. Ən doğru yanaşma odur ki, ikidövlətli həll prinsipi tərtib edilib tətbiq edilsin. Dünyanın əsas aparıcı dövlətləri, BMT də bu prinsiplə razılaşır. Azərbaycan da bu siyasi fəaliyyətlə çıxış edir. Əlbəttə ki, Qüds hazırda hər iki tərəf üçün paytaxt ola bilməz. Fələstin dövlətinin müstəqilliyini qəbul etmək doğru olardı". 

Mikayıl Mirzəzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri