Icma.az
close
up
RU
ABŞ nin Suriya siyasətində dönüş: Sezar Aktının ləğvi nəyi dəyişir?

ABŞ nin Suriya siyasətində dönüş: Sezar Aktının ləğvi nəyi dəyişir?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Senatı “Sezar Aktı” çərçivəsində Suriyaya qarşı tətbiq olunan genişmiqyaslı sanksiyaların ləğvini təsdiqləyib.  Bu addım ilk baxışda humanitar və bərpa yönümlü addım kimi təqdim olunsa da, əslində bu qərar Vaşinqtonun Yaxın Şərq strategiyasında baş verən ciddi korrektənin göstəricisidir.

Uzun illər Suriya hökumətini iqtisadi təzyiq altında saxlamaq məqsədi daşıyan sanksiyalar nə rejim dəyişikliyinə gətirib çıxardı, nə də ölkədə siyasi kompromisi sürətləndirdi. Əksinə, Suriyanın iqtisadi iflici regionda humanitar böhranı dərinləşdirdi və ABŞ üçün əlavə siyasi yük yaratdı. Bu baxımdan “Sezar Aktı”nın ləğvi Vaşinqtonun “təzyiq yolu ilə nəticə” modelindən mərhələli şəkildə geri çəkildiyini göstərir.

Bu qərar həm də regional güclər balansında yeni reallıqların qəbul edilməsi anlamına gəlir. ABŞ artıq Suriyada oyunun yeganə və ya həlledici aktoru olmadığını anlayır. Rusiya və İranın uzunmüddətli hərbi-siyasi mövcudluğu, Türkiyənin təhlükəsizlik prioritetləri və ərəb ölkələrinin Dəməşqlə münasibətləri normallaşdırmaq cəhdləri fonunda Vaşinqtonun sərt sanksiya xətti getdikcə funksionallığını itirmişdi. “Sezar Aktı”nın ləğvi ABŞ-nin bu proseslərin kənarında qalmamaq və Suriyanın gələcək siyasi-iqtisadi konfiqurasiyasında minimum da olsa təsir imkanlarını qorumaq cəhdidir.

Digər tərəfdən, bu addım ABŞ-nin qlobal prioritetlərinin dəyişməsi ilə də sıx bağlıdır. Vaşinqton üçün əsas strateji rəqabət artıq Yaxın Şərqdə deyil, Çin və Rusiya ilə qlobal miqyasda gedən qarşıdurmadadır. Suriyada sanksiyaların saxlanılması ABŞ üçün nə ciddi geosiyasi dividend gətirirdi, nə də resurs baxımından səmərəli idi. Buna görə də “Sezar Aktı”nın ləğvi bir növ “yükdən azad olma” və diqqəti daha vacib cəbhələrə yönəltmə qərarı kimi də oxuna bilər.

Nəticə etibarilə, bu səsvermə Suriyada dərhal siyasi sabitlik və ya sürətli iqtisadi dirçəliş vəd etmir. Lakin o, ABŞ-nin Suriya siyasətində ideoloji sərtlikdən praqmatik realizmə keçid etdiyini göstərir. Bu keçid isə gələcəkdə Vaşinqtonun regionda daha çevik, situativ və maraq əsaslı addımlar atacağının siqnalı kimi qiymətləndirilə bilər.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri