Icma.az
close
up
RU
ABŞ nin Türkiyədəki səfiri: İsrail bununla Türkiyəni qıcıqlandırır

ABŞ nin Türkiyədəki səfiri: İsrail bununla Türkiyəni qıcıqlandırır

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak tanınmış aparıcı Mario Naufala müsahibəsində son günlər Suriya üzərindən yaşanan Türkiyə-İsrail gərginliyindən danışıb. Barrakın sözlərinə görə, İsrail tərəfinin bölgədə Türkiyə hərbçilərinin və ya hərbi elementlərinin ola biləcəyinə dair bəzi kəşfiyyat məlumatları olub. Bu məlumatların təxminən altı gün əvvəl ABŞ tərəfinə çatdırıldığını deyən səfir Vaşinqtonun öz kəşfiyyat qurumları vasitəsilə məsələni araşdırdığını bildirib. Nəticədə isə belə bir vəziyyətin olmadığı qənaətinə gəlinib. Barrak İsrailin əldə etdiyi məlumatlardan birinin bölgədə Türkiyə hərbçilərinin və ya hərbi elementlərinin olması ehtimalı ilə bağlı olduğunu deyib. “Bunun belə olmadığını bilirik”, – deyə səfir bildirib.

O, Türkiyə ordusunun güclü, cəsur və yaxşı təchiz olunmuş hərbi qüvvələrə malik olduğunu vurğulayıb. Barrak belə bir gərginliyin daha böyük müharibəyə çevrilə biləcəyi barədə də xəbərdarlıq edib. “Bu vəziyyət Üçüncü Dünya müharibəsinə səbəb ola bilərmi? İkinci Dünya müharibəsinə baxdıqda, istənilməyən tək bir addımın belə Üçüncü Dünya müharibəsini başlada biləcəyini düşünürsünüz”, – Barrak deyib.

ABŞ səfiri İsrail qırıcılarının Türkiyə sərhədinə doğru yaxınlaşmasının Ankarada ciddi narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi təyyarələrin məqsədini, istiqamətini və niyyətini bilmədiyi üçün öz döyüş təyyarələrini havaya qaldırmaq variantını nəzərdən keçirib.

“Onlar qırıcıların sərhədə doğru gəldiyini gördükdə və bunun məqsədini, istiqamətini və ya niyyətini bilmədikdə, ‘Öz təyyarələrimizi havaya qaldırmalı olacağıq’ deməyə başlayırlar”, – Barrak qeyd edib. Səfir böhranın son anda sağlam düşüncə ilə həll edildiyini bildirib. “Şükürlər olsun ki, məhz həmin anda sağlam düşüncə qalib gəldi və bu böhranı həll etdik”, - deyə o vurğulayıb. Barrak gərginliyin səbəbləri ilə bağlı müxtəlif nəzəriyyələrin olduğunu deyib. “Bunlardan biri israillilərin türkləri qıcıqlandırmasıdır”, – ABŞ səfiri bildirib.

O, Türkiyənin əvvəllər oxşar şəraitdə Rusiya döyüş təyyarəsini vurduğunu xatırladıb və sərhəddə əvvəlcədən razılaşma və xəbərdarlıq olmadan döyüş təyyarələrinin yerləşdirilməsinin olduqca təhlükəli addım olduğunu vurğulayıb. Barrak Türkiyənin İsrailə qarşı hücum niyyətində olmadığını da bildirib. “Türkiyə təcavüzkar deyil. Bu, həqiqətdir. Onlar İsrailə hücum etmək və ya hər hansı hərbi, yaxud düşmən münasibətinə girmək istəmirlər”, - deyə səfir bildirib. Onun sözlərinə görə, Türkiyə və region ölkələri hazırda böhrandan çıxış yolu axtarır.

Barrak hesab edir ki, Ankaranın əsas diqqəti İran məsələsindən daha çox Fələstin probleminin həllinə yönəlib. ABŞ səfiri Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş verdiyini söylədiyi söhbətdən də danışıb. Barrakın sözlərinə görə, Tramp Ərdoğandan Suriyanı niyə birbaşa nəzarətə götürmədiklərini soruşub. Ərdoğanın isə buna belə cavab verdiyini bildirib: “Çünki bunu istəmirik. Suriyanın bu son dərəcə çətin coğrafiyanın ortasında qoruyucu örtük və müstəqil, suveren ölkə olaraq qalmasını istəyirik”.

Barrak Türkiyənin yeni və güclü bir mərhələyə qədəm qoyduğunu, ölkənin coğrafi mövqeyi və siyasətinin bəzən təhdid kimi qəbul edilə bildiyini də qeyd edib. Səfir həmçinin Ərdoğanın bölgədə gərginliyi azaltmağa çalışdığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Avqust 2026 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri