Icma.az
close
up
RU
“3 liderin Çində razılaşma əldə etməsi həm də ona görə mümkün deyil ki...” Politoloq

“3 liderin Çində razılaşma əldə etməsi həm də ona görə mümkün deyil ki...” Politoloq

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“ABŞ, Rusiya və Çin liderləri – Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında keçiriləcək görüşdən müxtəlif gözləntilər var. Rusiyalı ekspertlər bu görüşü “ikinci Yalta” kimi qələmə verməyə çalışırlar. Yəni guya 3 böyük ölkənin lideri dünyanın gələcəyini, o cümlədən öz aralarında oyun qaydalarını müəyyənləşdirəcəklər. Halbuki, beynəlxalq aləmdəki reallıq fərqlidir”. 

dalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun sözlərinə görə, 3 dövlət arasında ciddi fikir ayrılıqları ABŞ, Rusiya və Çin arasında oyun qaydalarını müəyyənləşdirməyə imkan vermir:

“İkinci Dünya müharibəsinin sonuna yaxın 3 böyük dövlətin – ABŞ, Böyük Britaniya və keçmiş SSRİ liderləri Yaltada ona görə razılaşma əldə etdilər ki, birincisi, hər üçü nasist Almaniyasına qarşı savaşda ittifaq yaratmışdılar, ikincisi, dağılan Avropanın gələcəyəni müəyyənləşdirməli idilər. 1945-cı ildə Yaltada keçirilən konfransdan fərqli olaraq hazırda ABŞ, Rusiya və Çin arasında ittifaq yoxdur, üstəgəl bu dövlətlərdən hər biri öz aralarında illərdir oyun qaydalarını müəyyənləşdirə bilməyiblər. Bir görüşlə oyun qaydalarını müəyyənləşdirmək mümkün deyil”. 

O, bildirib ki, 3 liderin Çində razılaşma əldə etməsi həm də ona görə mümkün deyil ki, bu dövlətlərin hər biri daxildə çətinlik yaşayır:

“ABŞ-də Konqresə keçirilən ara seçkilərin nəticələrinə görə Prezident Donald Trampın mövqeyi zəifləyib, onun xarici siyasətdə əvvəlki manevr imkanları qalmayıb. Görüş ərəfəsində Ukraynanın Krım körpüsünə endirdiyi dron və raket zərbəsi Vladimir Putinin ölkədaxili nüfuzuna xələl yetirib. Çünki, Krım körpüsü Putinin şəxsi layihəsidir və Kreml belə bir təbliğat aparırdı ki, Ukrayna körpüyə zərər yetirə bilməz. Halbuki, körpünün bir hissəsinin uçurulması nəticəsində avtomobillərin Krım yarımadasına hərəkəti hər iki istiqamətdə dayandırılıb. Bu zərbə həm də onu göstərdi ki, Rusiya liderlərin masasında yer alacaq gücə malik deyil. Çində də daxili vəziyyət birmənalı deyil. Si Cinpin korrupsiya ilə mübarizə adı altında partiyadakı rəqiblərinin bir hissəsini və yüksək rütbəli generalları neytrallaşdırıb, bəziləri həbs edilib, digərləri istefaya göndərilib. Böyük ehtimalla Si Cinpin Kommunist Partiyasının növbəti qurultayında yenidən sədr seçiləcək. Ancaq onun bu kürsüdə müddətini uzatmağa çalışması partiyada yeni rəqiblərinin meydana çıxmasına şərait yaradacaq”. 

E.Şahinoğlunun fikrincə, ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsi və İranla bağlı razılaşma əldə edəcəyi çətindir: 

“Kreml sahibi işğalı bitirməyənə qədər müharibəni dayandırmayacaq. Çin lideri üçlü zirvədə Rusiya-Ukrayna müharibəsi müzakirə etməkdə maraqlı deyil. Eyni zamanda Çin və Rusiya liderləri İran mövzusunu ABŞ Prezidenti ilə müzakirəyə maraq göstərmirlər. Ümumiyyətlə Moskva və Pekin Vaşinqtondan fərqli olaraq İran rejiminin ayaqda qalmasını istəyir. APEC sammiti çərçivəsində keçiriləcək Si-Tramp görüşündə süni intellekt sahəsində yaranan vəziyyətin müzakirə ediləcəyi də gözlənilir. Rusiya süni intellekt sahəsində ABŞ və Çindən geri qaldığından bu mövzu Kreml sahibini maraqlandırmır. ABŞ və Çin isə süni intellekt sahəsində xeyli irəliləyiblər və rəqiblərə çevriliblər. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Çindəki danışıqlardan istifadə edərək süni intellektlə bağlı ikitərəfli dialoqu irəli aparmaq niyyətindədir. Bununla belə, o, hər iki tərəfin mövcud fikir ayrılıqları ilə bağlı "heç bir illüziyaya qapılmamalı" olduğunu vurğulayıb. Vaşinqton Çinin ən qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır. Sammitin nəticəsi nə olursa olsun, Pekin bu məhdudiyyətlərdən yan keçməyin yollarını axtarmağa davam edəcək. “The New York Times” qəzetinin yazdığına görə, Çin son bir neçə ildə müxtəlif vasitələrlə milyardlarla dollar dəyəri olan modern çiplər əldə edib. Bunun qarşısını almaq məqsədilə demokratların nəzarətinə keçən Konqresin süni intellekt sahəsində məhdudlaşdırıcı qanunlar qəbul edəcəyini proqnozlaşdırmaq olar. ABŞ ixraca nəzarəti gücləndirməklə süni intellekt sahəsində liderliyini qorumağa çalışacaq”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri