ABŞ ordusu 10 min qanadlı raket almaq niyyətindədir
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pentaqon üç il ərzində 10 min ədəd qiyməti ucuz olan qanadlı raket almaq niyyətindədir.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzetini mənbələrə istinadən məlumat yayıb.
Ucuz Qiymətli Konteyner Raketləri (LCCM) proqramı çərçivəsində alınacaq raketlərin hər birinin bir neçə yüz min dollara başa gələcəyi və ABŞ ordusunun artıq xidmətdə olan “Tomahawk” raketlərini tamamlayaraq arsenalını genişləndirməsinə və şaxələndirməsinə kömək edəcəyi gözlənilir.
Yeni raketlərin hazırlanması və istehsalı üçün sifarişi yerinə yetirmək məqsədilə Pentaqon “CoAspire”, “Zone 5”, “Leidos” və “Anduril Industries” şirkətləri ilə müqavilələr bağlayıb.
Bu mövzuda digər xəbərlər:İsveç ordusu Rusiyadakı hədəflərə çata bilən qanadlı raketlər almaq niyyətindədir
25 Noyabr 2025 00:01
Almaniya qanadlı raketlər üçün Typhon buraxılış qurğuları almaq niyyətindədir
15 İyul 2025 02:47
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır
18 İyul 2026 06:05
Ukraynaya 3 min qanadlı raket veriləcək
29 Avqust 2025 14:03
ABŞ Ukraynaya 3500 ə yaxın qanadlı raket verəcək
29 Avqust 2025 15:27
Baxış sayı:168
Bu xəbər 14 May 2026 04:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















