ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra inzibati binalara baxış keçirib.
ADSEA-dan AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin, eləcə də agentliyin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin inzibati binalarına baxış keçirilib.
Təmir işlərindən sonra ilk dəfə həmin binaları ziyarət edən Zaur Mikayılov yaradılmış iş şəraiti və mövcud infrastrukturla tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti nəzərdən keçirib.
Əməkdaşlarla görüş zamanı agentliyin sədri su təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinin, iş prosesinin səmərəli təşkilinin, vətəndaş məmnunluğunun təmin edilməsinin və göstərilən xidmətlərin operativliyinin artırılmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















