Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 19 noyabr, AZƏRTAC
Rusiya atəşkəslə bağlı hər hansı təklifi qəbul etməkdən imtina edir. Bu il ərzində Moskva bütün atəşkəs təşəbbüslərini rədd edib.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən “Könüllülər Koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, “Könüllülər Koalisiyası”nın iclasında Ukrayna üçün beş prioritet müzakirə olunub. Bunlardan birincisi hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi olub.
Prezident qeyd edib ki, bu ilin yayın ortalarından etibarən Rusiya, xüsusilə ballistik raketlərdən istifadə etməklə, Ukraynaya hücumlarını davamlı olaraq artırır.
O vurğulayıb ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün konkret birgə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bununla belə, Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib.
“Bunlar sadəcə sözlər deyil. Rusiya il ərzində bütün deeskalasiya təkliflərini rədd edib. Müxtəlif tərəfdaşlar bu məsələ ilə bağlı Rusiyaya müraciət ediblər, lakin Putin bütün təkliflərdən imtina edib”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiyaya Qara dənizdə gərginliyin azaldılması, enerji sahəsində deeskalasiya və digər atəşkəs formatları ilə bağlı təkliflər təqdim olunub.
“Rusiya bütün bu təkliflərə eyni cavabı verdi – imtina etdi”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Noyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















