Icma.az
close
up
RU
ABŞ Panamaya müəyyən təzyiqlər edərək, kanalın nəzarətini ələ keçirə bilər

ABŞ Panamaya müəyyən təzyiqlər edərək, kanalın nəzarətini ələ keçirə bilər

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifə fəaliyyətinə başlamadan müxtəlif dövlətlərə qarşı ərazi iddiaları səsləndirməsi böyük narahatlıq yaradıb. Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini deyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb. Yeni prezident Ağ Evə rəhbərlik etdiyi ilk dönəmdə də Qrenlandiya ilə bağlı niyyətini açıqlamışdı. Hətta bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Onun yeni hədəflərindən biri də Panamadır”.

“Donald Trampın Qrenlandiya, Panama və Kanada ilə bağlı tvitləri və söyləmləri təbii ki, beynəlxalq hüquqa ziddir. Amma Amerika böyük dövlətdir və özünü dünyanın hegemon gücü hesab edir. Amerika Birləşmiş Ştatlarının bir çox siyasətçilərində belə bir fikir formalaşıb ki, onlar istədiyi bəyanatları verib, istədiyi hərəkəti edə bilərlər. Ancaq təbii ki, bu belə deyil. Nəzərə alsaq ki, Kanada ilə bağlı söylənilən fikirlər ümumiyyətlə reallıqdan tam kənardır. Əvvəl o baxımdan ki, hər iki dövlət bir-birinə kifayət qədər yaxındırlar və onların olduqca böyük sərhəd xətləri var”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, faktiki olaraq bir-biri ilə olduqca yaxın əlaqələrə malikdirlər.

“Digər tərəfdən, burada Böyük Britaniya faktoru da var. Çünki Kanada dövləti həm də Böyük Britaniya imperiyasının tərkib hissəsi kimi fəaliyyət göstərir. Kanada ilə bağlı söylənilən fikirlər hesab edirəm ki, bu, daha çox ritorik bir məsələdir. Nəzərə alsaq ki, Kanadadan verilən reaksiyalar məhz bunu göstərir. Kanada dünyanın yeddi böyük iqtisadiyyatından birinə malikdir və onun Amerika ilə elə qəfildən və hansısa bir siyasi liderin istəyi ilə birləşməsi imkansızdır. Burada müəyyən qədər də tarixi faktor var. O ki qaldı Panama məsələsi, təbii ki, Panama kanalını vaxtilə Amerika Birləşmiş Ştatları inşa edib və maliyyə vəsaiti də onlara aid olub. Amma qarşılıqlı razılaşmaya görə bu kanalın işlətməsi 99 illiyinə Amerika verilmişdi və 1975-ci ildə imzalanmış müqaviləyə görə Panama kanalın üzərindəki yurisdiksiya Panamaya verilib. Amerika Birləşmiş Ştatları bir formada Panamaya müəyyən təzyiqlər edərək o kanalın nəzarətini ələ keçirə bilər. Bu, real bir məsələdir. Çünki Panama dövlətinin özü də məhz həmin kanalın çəkildiyi dövrlərdə yaranıb. Əslində həmin ərazilər vaxtilə Kolumbiya dövlətinə aid olub. Hesab edirəm ki, bununla bağlı tərəflər arasında əgər Amerika ciddi şəkildə bu məsələ ilə bağlı niyyətlərini həyata keçirməyə çalışsa, müəyyən bir razılığa gələ bilərlər. Qrenlandiya məsələsində Donald Tramp onun satışı ilə bağlı fikirlər söyləyib və bu, əslində yeni ideya deyil. Trampdan əvvəl də belə ideyalar səslənib. Nəzərə alsaq ki, artıq müəyyən olunub ki, Arktikada olduqca böyük enerji ehtiyatları cəmlənməkdədir. Qrenlandiya olduqca zəngin faydalı qazıntılara malikdir. Bununla bağlı da hesab edirəm ki, Amerika Birləşmiş Ştatları əgər doğrudan da ciddi şəkildə fəaliyyətə keçəcəksə və bunu dəqiq istəyəcəksə, Danimarkanı müəyyən qədər hansısa bir formada razılaşdıra bilər. Kanada istisna olmaqla digər ərazilərlə bağlı tam şəkildə də olmasa, Amerika Birləşmiş Ştatları ciddi şəkildə prosesə başlasa, müəyyən hansısa bir güzəştlər əldə edə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Dekabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Renatgil döyər, yoxsa Bədavigil? REPLİKA

09 Aprel 2025 01:04see134

Günəbaxan tumlarının inanılmaz FAYDASI

08 Aprel 2025 21:29see133

Dəmir çatışmazlığı 7 ciddi problem yaradır

08 Aprel 2025 23:10see128

İtaliyada Etna vulkanı kül və lava püskürür

09 Aprel 2025 10:47see124

Bu gün Bakıda prezidentin iştirakı ilə forum keçiriləcək

09 Aprel 2025 09:27see122

Brent markalı neft ucuzlaşmağa davam edir

09 Aprel 2025 01:19see118

Çinli hərbi əsirləri yalnız onlarla dəyişəcəyik Zelenski şərtlərini bildirdi

10 Aprel 2025 00:06see117

ŞOK: Xəbərdarlıq edildi: Bu hadisə baş verərsə, 300 min insan öləcək

08 Aprel 2025 21:28see117

Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq

09 Aprel 2025 04:44see116

Netanyahu Trampla görüşdən sonra İran üçün iki ssenarinin adını çəkdi

09 Aprel 2025 09:01see115

Kadırov polisə hucum edən şəxsin atasını və qardaşlarını ölkədən qovdu

09 Aprel 2025 12:10see115

Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

09 Aprel 2025 18:08see115

Türkiyə millisinin üzvü: Münhendə qalib gəlmək çox çətindi, amma...

09 Aprel 2025 09:03see114

Dünyanın ən güclü dövləti... Prezident

09 Aprel 2025 11:57see114

“Ya danışıq aparacaqlar, ya da bədələini ödəyəcəklər” Tramp İranı hədələdi

09 Aprel 2025 11:07see111

Bu simptomlar xərçəngdən xəbər verə bilər

10 Aprel 2025 01:56see110

Təqsirləndirilən jurnalist ifadə verib

08 Aprel 2025 21:22see109

Səliqəli otaqlar üçün dekorasiya FİKİRLƏRİ

09 Aprel 2025 09:05see108

Türkiyənin YENİ HƏDƏFİ: Üç əsas element...

09 Aprel 2025 05:09see107

ÇL: Barselona Borussiya ya, PSJ Aston Villa ya qarşı YENİLƏNİR

09 Aprel 2025 08:15see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri