Icma.az
close
up
RU
Tanınmış meyxanaçı qəza törətdi: Təmir pulunu ödəmədi FOTO

Tanınmış meyxanaçı qəza törətdi: Təmir pulunu ödəmədi FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış meyxanaçı Balaəli Maştağalı avtomobil qəzası keçirib. İddia olunur ki, günah özündə olsa da, qarşı tərəfin zərərini ödəməyib.

Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində, “Gənclik” istiqamətindəki işıqforun qarşısında dayanmış “Toyota” markalı avtomobilə arxadan güclü zərbə dəyib. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində  avtomobilinin arxa hissəsi – iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.

Zərərçəkmişin sözlərinə görə, sürdüyü avtomobilə çırpılan nəqliyyat vasitəsi “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb.

“Mənə dedi ki, məsələni sığorta vasitəsilə deyil, şəxsi hesabına həll edəcək. Avtomobildə körpə uşağım da olduğuna görə, mübahisəyə getmədim, razılaşdım. Düşündüm ki, kişi sözüdür, etibar etmək olar. Avtomobil təmirə getdi, amma keyfiyyətsiz şəkildə bərpa olundu. Bufer hələ də tam düzəlməyib, baqaj hissəsində isə qabarıqlıqlar qalıb”, – zərərçəkmiş deyib.

O əlavə edib ki, ilkin razılaşmaya əsasən, zədələnmiş stop işıqlarını özü tapıb almalı, Balaəli isə həmin hissələrin dəyərini ödəməli idi. Lakin üç aydan çox vaxt keçməsinə baxmayaraq, yalnız 200 manat ödənilib, qalan məbləğ isə ödənilməyib: “Mənim bildiyimə görə, avtomobilin boya və təmir işlərini həyata keçirən ustalara da ödəniş olunmayıb, buna görə də iş yarımçıq qalıb. Nə özü, nə də köməkçisi artıq zənglərə cavab vermir”.

Zərərçəkmiş hadisədən nəticə çıxararaq bildirib ki, “Şəxsin məşhurluğundan asılı olmayaraq, belə hallarda sığorta şirkəti ilə rəsmiləşdirmə aparmaq vacibdir. Əks halda, sonradan hüququn bərpası çətinləşə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Aprel 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2052

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see224

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see159

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see128

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri