Icma.az
close
up
RU
Bakıda ikinci Dayanıqlı Tikinti Zirvəsi keçirilib

Bakıda ikinci Dayanıqlı Tikinti Zirvəsi keçirilib

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

10 aprel 2025-ci il tarixində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçirilib.

Zirvə bir bütöv günü əhatə etməklə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin açılış nitqlərindən, “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, “Açıq söhbət” adlı eksklüziv sessiyadan, PMO.az-ın dəstəyi ilə keçirilmiş vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət olmaqla 7 spiker, həmçinin 250 nəfər rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadə açılış nitqində ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə etmənin vacibliyini vurğulayıb. O, dayanıqlı tikinti yanaşmalarının yalnız ekoloji deyil, həm də iqtisadi və sosial faydalar təmin edəcəyini qeyd edərək, bu istiqamətdə daha geniş əməkdaşlığa ehtiyac olduğunu bildirib.

“Green Public” startapının həmtəsisçisi Tural Yusifovun moderatorluğu ilə keçirilmiş “Follow-up” adlı panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev olublar.

Paneldə şəhərsalma və inşaat sahəsində mövcud trendlər, dayanıqlı tikinti həlləri və layihə idarəçiliyinin əhəmiyyəti müzakirə olunub. Sözügedən sahədə yerli və beynəlxalq əməkdaşlığın inkişafı və innovativ yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov isə çıxışı zamanı vurğulayıb ki, müasir tikinti layihələri ekoloji tarazlığı qorumaqla yanaşı, uzunmüddətli sosial və iqtisadi fayda da təmin etməlidir.

Həmçinin “Scott Brownrigg” şirkətinin direktoru Darren Komber də dayanıqlı tikinti ilə bağlı solo çıxış edib. O, çıxışında dayanıqlı tikintinin önəmini vurğulamaqla yanaşı, bu sahədə yenilikçi yanaşmaların tələblərə uyğun olaraq inkişaf etdiyini qeyd edib.

 “Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov, “Huner Group”un təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunub. Həmçinin açıq və dərin müzakirələr zamanı aktual suallar cavablandırılıb və dayanıqlı tikintinin inkişafına dair yeni yanaşmalar təqdim edilib.

“The Builder’s Awards” təltifetmə mərasimində ölkəmizdə tikinti sektorunun inkişafına töhfə verən şirkətlər mükafatlandırılıb. Bu nüfuzlu tədbirdə “Sustainable Construction Company Award”, “Environmentally-friendly Civil Project Award” və “Emerging Builder Award” nominasiyaları üzrə qaliblər elan edilib. Qaliblər müstəqil ekspert komissiyası tərəfindən şəffaf meyarlar əsasında seçilib.

Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında “Vörkşop: “people. planet. prosperity.” praktikada” adlı interaktiv vörkşop keçirilib. Vörkşopda praktiki təcrübələr və real dünya nümunələri əsasında dayanıqlı inkişafın layihə idarəçiliyi sahəsində necə tətbiq olunduğu nümayiş etdirilib.

Zirvə “Sea Breeze Resort”un baş sponsorluğu, “Mr. Fix” brendinin, “Huner Group”un və “AzVirt” MMC-nin “platinum” sponsorluğu, “IST” MMC-nin, “Sobsan Boya”nın və “Design Bureau”nun “gold” sponsorluğu, “Biznes Mərkəzi”nin, “Arter”in və “Ebiletstore”un tərəfdaşlığı, PMO.az Layihə Düşüncə Məktəbinin və “Dream Group International”ın təşkilati tərəfdaşlığı, həmçinin “Boomerang Agency”nin, “NS Studio”nun, eləcə də bizimyol.info və azvision.az xəbər saytlarının media tərəfdaşlığı ilə baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Aprel 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri