ABŞ Prezidenti müstəsna fiziki formadadır Trampın həkimi
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp müstəsna fiziki formada olduğunu aşkar edən tibbi müayinədən uğurla keçdi.
"Report" xəbər verir ki, bu barədə Trampı müalicə edən həkimin Ağ Evin Mətbuat xidməti tərəfindən yayılan rəyində deyilir.
Sənəddə qeyd olunur ki, Tramp Vaşinqton ətrafındakı Uolter Rid adına Hərbi Tibb Mərkəzində planlı tibbi müayinədən uğurla keçib.
"Aparılan kompleks laboratoriya tədqiqatları əla nəticələr göstərdi", - ABŞ Prezidentinin həkimi Trampın metabolik, hematoloji və kardioloji göstəricilərinin sabit qaldığını izah edib.
Bundan əlavə, beynəlxalq səyahətlər ərəfəsində ona qrip və COVID-19 peyvəndi vurulub. "Prezident Tramp ümumi sağlamlıq nümayiş etdirməyə davam edir" - Amerika liderinin həkimi Trampın "kardioloji yaşı"nın təxminən 14 il az olduğunu söyləyib.
"Prezident Tramp müstəsna fiziki formadadır, ürək-damar, tənəffüs, sinir və dayaq-hərəkət sistemlərinin yüksək göstəricilərini nümayiş etdirir", - həkimin rəyində vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 Oktyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















