Kallasdan Trampın açıqlamasına sərt reaksiya
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Avropanın təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı Rusiya və ABŞ ilə ayrıca danışıqlar aparılmasına ehtiyac olmadığını bildirib.
Modern.az xəbər verir ki, Kallas bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski və Ukraynanın xarici işlər naziri Andrey Sıbiha ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında danışıb.
O vurğulayıb ki, Avropanın təhlükəsizlik arxitekturası artıq formalaşıb və bu sistemdə NATO ilə Avropa İttifaqı öz funksiyalarını yerinə yetirir.
“Əsas bir məqamı vurğulamaq istəyirəm. Avropanın təhlükəsizlik arxitekturası artıq mövcuddur. NATO və Avropa İttifaqının hər birinin öz vəzifələri var”, – deyə Kallas bildirib.
Aİ diplomatiyasının rəhbəri, həmçinin Ukraynadakı müharibənin başa çatdırılmasına yönəlmiş istənilən danışıqlarda Avropa İttifaqının iştirakının vacibliyini qeyd edib. Onun fikrincə, Avropanın təhlükəsizliyinə təsir edən qərarlar Avropanın iştirakı olmadan qəbul edilməməlidir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Avropanın təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı Rusiya danışıqlar aparılmasının vacibliyini vurğulamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















