Icma.az
close
up
RU
ABŞ prezidentinin Ukrayna siyasəti fiaskoya uğraması mümkündür...

ABŞ prezidentinin Ukrayna siyasəti fiaskoya uğraması mümkündür...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

D.Tramp Ukrayna prezidenti V.Zelenskini şoumen adlandırıb. Onun prezident postundan getməsini açıq tələb edir. Demək olar ki, ABŞ və Rusiya danışıqlar prosesində V. Zeleskini problem görür. Hər iki prezidentin Ukrayna prezidentinə mövqeyi üst -üstə düşür. V. Zeleski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə, güzəştə getmir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, V. Zelenskinin 500 milyard dollarlıq mineral ehtiyatlarla bağlı ABŞ -la müqavilədən imtina etməsi, D. Tramp tərəfindən onun danışıqlar prosesində yer almayacağı təzyiqi ilə üzləşdi. Moskva da V. Zelenskinin getməsi fonunda Ukrayna ilə danışıqlara gedəcəyini qeyd edib. Bu təklif D. Tramp tərəfindən qəbul edilib:

"Baş verən proseslər bağlı D. Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür. Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə olacaq. Avropa ilə siyasi münasibətlər sistemində tektotik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətinin iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ ehtiyacı olmayacaq.

D.Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma, Çin Avropayaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması barədə bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. D. Trampın hazırkı siyasəti Ukrayna müharibəsini durdurmasına getirirb çıxarmayacaq.

Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək. Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

Artıq, Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək. Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər. Amma, ABŞ, V. Zeleskini aradan götürə bilər. Artıq V.Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan "nasist" epiteti yapışdırıla bilər.
Məhz, D.Tramp Rusiyanı ABŞ-la birgə nasizmə qarşı ikinci dünya müharibəsində savaşdığını deməsi, təsadüfi deyildi.

ABŞ dövlət və geopolitik maraqları Rusiyaya güzəştə getməməyi tələb edir. Amma, D. Trampın həyata keçirdiyi siyasət mövcud siyasi sistemi dağıdır. ABŞ prezidentinin yeni dünya siyasi nizamı qurması cəhdi Ukrayna siyasətindən asılı olacaq".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Fevral 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri