Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Onlara baxmaqdan gözlərim və boynum ağrıyırdı”

Valdas Dambrauskas: “Onlara baxmaqdan gözlərim və boynum ağrıyırdı”

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün "Sabah" UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. 5-ci turda "Barselona" ilə qarşılaşan təmsilçimiz 1:4 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

-Dünən dediniz ki, "Barselona"nın icazə verdiyi qədər oynayacağıq. Bu gün "Barselona"nın icazə verdiyi oyun idi, yoxsa "Sabah"ın qurduğu oyun?

-Dünən həm də onu dedim ki, biz əlimizdən gələni edəcəyik. Həqiqətən də bunu etdik. Biz daha da qabiliyyətlərimizdən daha çoxunu göstərməyə çalışdıq. Eyni zamanda bəlkə də bu kifayət etmədi. İlk hissəyə yaxşı başladıq, boşluqlar buraxmamağa çalışırdıq. Onların necə paslaşdığını gördünüz, necə sürətli oynadıqlarını. Baxanda gözlərim və boynum ağrayırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Daha yaxşı edə bilərdik. Xüsusən də birinci hissədə. Onu da başa düşürəm ki, oyunçularım yerli liqada vertikal oynayırlar, "Barselona" ilə matçda mərkəzdən irəliləmək olmur. Yerli liqadakı oyun tərzimiz başqa cürdür, burada isə sağ və sol cinahlarla oynamaq lazım idi. Bəlkə də istədiyimiz kimi imkanlar yaratmadıq. Standart vəziyyətləri məşq edirik, yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. İkini hissədə "Barselona" yenə özünü göstərdi. Onlar məğlubiyyətdən anidən qalib duruma keçir. Bunun baş verməməsinə çalışırdıq. İkinci hissənin əvvəlində 0:3 uduzurduq. Oyunçularıma hörmət edirəm, onlar mübarizədən qopmadılar, oyun planına sadiq qaldılar, gözəl imkanlarımız oldu. Biz maksimumu etməyə çalışdıq. Amma bu da kifayət etmədi.

-Xəyal Əliyev haqda nə düşünürsüz?

-Çox gözəl performans göstərdi, yaxşı oynadı. İkinci hissədə oynamasını da planlaşdırırdıq. Bu gün hər kəsin 90 dəqiqə oynamaq imkanı olmaya bilərdi. Çox qaçdı, pressinq etdi. Gözəl hücumlar yaratdı, 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Çünki yaxşı imkanları var idi. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bugünkü oyunu da fantastik idi. Böyük zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq.

-Epizodlar yaratdıqca "Barselona"dan xal almaq düşüncəniz yaranırdı?

-Bəli, biz həmişə inanırıq ki, imkanlarımız var.Meydançaya çıxanda uduzmaq ehtimalını da nəzərə alırıq. Biz əlimizdən gələni etdik, inanırdıq ki, standart vəziyyətlərdən istifadə edə bilərik. Amma pozitiv məqamlar var ki, bunları yerli liqada istifadə edə bilərik. Bunu daha ətraflı şəkildə analiz edəcəyik. 

-Bu matçdan nə qazandınız?

-Çox şey qazanmışıq. Təbii ki, bunu saymaq istəsək, burada səhərə kimi qalmalıyıq. Hazırlıq, mental tərəfləri...Oyuna yaxşı başlamışdıq, birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki tərəfdən baxmamalıyıq, mental tərəfdən də baxmalıyıq. Mental yorğunluğu yaddan çıxarmalı deyilik. Əsas məsələ necə reaksiya verməyimiz idi.

-Hans Flik sizin komandanızı və sizi çox təriflədi. Bu cür məşqçidən tərif eşitmək sizdə hansı təəssürat yaradır?

-O, çox tərbiyəli və mənəvi cəhətdən yüksəkdir. Sözlərinə görə sağ olsun.

-"Zenit"dən icarəyə götürülən Du Keyruş özünü göstərə bilmir və hər matçda əvəzlənir. Adaptasiya prosesi gec gedir ki, ön plana çıxmır?

-İstedadı oyunçudur. Komandaya uyğunlaşmağa çalışır. Baxmaq lazımdır ki, nə qədər inkişaf edib. Onun üçün bu prosesə uyğunlaşmaq asan deyil. Oyunçularımız çoxdur. Rotasiyalar edirik. Keyruş universal oyunçudur. Bizim üçün də vacib futbolçudur. Daha da təkmilləşəcək və daha da tez adaptasiya olacaq.

-Zedadkanın zədəsi nə dərəcə ciddidir?

-Hələ bilmirəm. Həkimlərlə danışmamışam. Ümidvaram ki, ciddi bir şey yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Noyabr 2026 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri