Icma.az
close
up
RU
Hans Flik: “Burada inkişaf olduğunu düşünürəm”

Hans Flik: “Burada inkişaf olduğunu düşünürəm”

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının V turunda "Sabah" - "Barselona"nı qəbul edib - 1:4.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Hans Flikin mətbuat konfransı keçirilib.

- Oyunçuların performansından razı qaldınız?

- Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis idi. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq.

- Aleks Baldenin durumu necədir? "Sabah"a qarşı oyunundan razı qaldınız?

- Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu oyunda bir az az vaxt keçirdi. Amma ümumi olaraq yaxşı hesab etmək olar.

- Qabriel Xesusun "Sabah"a qarşı performansını necə dəyərləndirirsiz? Ona daha çox şans vermək istəyərdiniz?

- Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə oyunçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə oyunlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi.

- Daha az oynayanlar "Sabah"a qarşı çətinlik çəkdilər?

- Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması onlara mənfi tərəfdən təsir göstərmədi. Onların oyunundan razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil.

- Öz təcrübənizi bölüşə bilərsiz? ÇL-də ən uzun səyahətiniz oldu. Bu proses necə keçdi?

- Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün gəlmişəm bura. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir.  "Sabah" özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. "Sabah"ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. Üç xal üçün razıyam. "Sabah"a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf olduğunu fikirləşirəm.

ÇL: “Fənərbaxça” Londonda “Şaxtyor”a qarşı - YENİLƏNİR ÇL: “Real”dan darmadağın, “Arsenal” və “Siti” xal itirdi – YENİLƏNİB “Aston Villa” ilə oyunda fərqləndi, əməliyyat olunacaq "Qalatasaray" “Aston Villa”nı əliboş yola saldı - YENİLƏNİB Umarali Raxmonaliyev: “Sabah 100 faizdən artığını edəcəyik”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Noyabr 2026 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri