Icma.az
close
up
RU
ABŞ pul siyasətini dəyişmədi

ABŞ pul siyasətini dəyişmədi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Federal Ehtiyat Sistemi qlobal riskləri nəzərə alaraq uçot dərəcəsini sabit saxlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) aprelin 29-da keçirilən iclasında 2026-cı ilin üçüncü pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Bu, FES-in aşağı uçot siyasətinin davam etdirilməsi niyyətini əks etdirir. Xatırladaq ki, FES hazırkı 3,5-3,75 faizlik uçot dəhlizini 2025-ci il dekabrın 10-da 25 baza bəndi endirməklə müəyyən edib. Bu isə mövcud uçot dərəcəsinin 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qaldığını əks etdirir. Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin heyəti hazırkı faiz dərəcəsini maliyyə sisteminin dayanıqlılığı üçün qənaətbəxş hesab edir.

İnflyasiya yüksəlib, işsizlik səviyyəsi azalmır

FES-in təmkinli pul siyasətinə üstünlük verməsi və mövcud stavkanı saxlaması daxili və xarici risklərdən gələn siqnallarla sıx bağlıdır. Daxili risklər sırasında ABŞ-ın makroiqtisadi göstəricilərində hələ də özünü doğrultamayan bəzi bazar indikatorları dayanır. Belə ki, ABŞ-da istehlakçı əhvalı rekord səviyyədə zəif qalmaqdadır, inflyasiya gözləntilərinin sürətlənməsi, digər tərəfdən ABŞ-İran gərginliyinin enerji marşrutları üzərindən yaratdığı risklər, təhlükəsiz liman tələbi, əmtəə qiymətləri və qlobal risk iştahası pul bazarıa birbaşa təsirlər edir. Birinci rübün nəticələri və aprel indeksləri ABŞ iqtisadiyyatında daxili tələbin zəif olduğunu, inflyasiya təzyiqlərinin davam etdiyini və bu qeyri-müəyyənliklər fonunda investorların sərmayə davranışlarını ehtiyatlı saxladığı müşayiət olunur. İqtisdi rəqəmlərlə bağlı son göstəricilər bazarların həssaslığını yüksək saxladığına dəlalət edir.

Ölkədə ilin ilk rübü ərzində iqtisadi fəaliyyət sabit şəkildə davam edib, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. İstehlakçı indeksi aprel ayında 49,8 səviyyəsinə qalxsa da, bu yenə də tarixdə qeydə alınmış ən zəif göstərici sayılır. Eyni zamanda birillik inflyasiya gözləntiləri 3,8 fazidən 4,7 faizə yüksəlib ki, bu, 2025-dən bəri ən kəskin aylıq artımdır. Mövcud mənzərə bazarda mürəkkəb qiymətləndirmə dalğaları yaratmaqdadır. ABŞ fond bazarı qarışıq mənzərə də davam edir, “Dow Jones” indeksi son bir həftədə 0,2 faiz geriləyərək 49.2 bəndə enib, “S&P 500” və “Nasdaq” indeksləri isə rekord səviyyələrdə durğunluq nümayiş etdirib ki, bu hadisə bazar iştirakçılarını həm risklərdən müdafiə olunmağa, həm də selektiv addımlar atmağa məcbur edib.

Hörmüz boğazı maliyyə bazarlarının “baş ağrısına” çevrilib

Xarici risklər sırasında isə ABŞ-İran gərginliyi fonunda zəif makrosiqnalların qlobal bazar indekslərinə təsirləri göstərilir. Son bir ayda ABŞ, Avrozona ölkələri, eləcə də Böyük Britaniyada müşahidə edilən göstəricilər, həmçinin Hörmüz boğazı ətrafında artan risklər dollar, qızıl, neft, kriptovalyutalar və əsas fond indekslərində dalğalanmanın güclənməsi risk portfelini ağırlaşdırır. Doğrudur, Yaxın Şərqdə risklərin artması fonunda ABŞ dollarına tələb güclənib, digər xarici valyutalar - Avstraliya dolları həftə ərzində təxminən 0,71 faiz-bənd ucuzlaşıb. Kriptovalyuta bazarı da volatillik trayektoriyası üzrə hərəkət edir ki, bu da qeyri-müəyyənlikləri daha da artırır. “Bitcoin”in qiyməti gah qalxır, gah da aşağı düşür. Qızılın qiymət hərəkətliliyi də ziddiyyətli qalmaqdadır, aprelin 24-də qızılın unsiyası 4740-a yüksəlsə də, son 2 gündə sarı metal təxminən 3 faiz ucuzlaşıb.

Hörmüz boğazı amili isə qlobal narahatlığın əsas nöqtəsi kimi qalır. ABŞ-İran gərginliyinin enerji daşımalarının kritik keçid nöqtəsi sayılan Hörmüz boğazına fokuslanması, bazarda enerji axınlarında fasilə riskini yenidən gündəmə gətirməklə, qiymətlərinin yüksəlişi hələ də qalır. Neftin qeyri-sabit qiyməti yalnız enerji sektoruna deyil, həm də daha geniş bazar spektrlərinə təsir edir, yüksək enerji qiymətləri inflyasiyanı qidalandırır, mərkəzi bankların siyasət trayektoriyasında qeyri-müəyyənliyi artırır və səhm bazarlarında sektorlararası fərqlənməni dərinləşdirir. Bu səbəbdən əmtəə bazarı, valyuta seqmentləri və indekslər üçün gərgin mühit davam edir.

Avropa və Asiya Mərkəzi Bankları da mühafizəkar pul siyasəti yürüdür

ABŞ FES-i ilə yanaşı, Avropa Mərkəzi Bankı, İngiltərə Bankı, Kanada Bankı, Yaponiya Mərkəzi Bankı da faiz qərarlarında təmkinli və mühafizəkar qərarlar verib. Qlobal bank icması hazırkı qlobal təhdidlər  fonunda belə bir addımın fayda verəcəyinə inanmadığından aşağı dəhlizi dəstəkləmir. Mərkəzi Bank rəhbərlərinin açıqlamalarından belə qənaət yaranır ki, Yaxın Şərq böhranı ehtiyatlı pul siyasətinin davam etdirilməsi üçün uzun müddət əsas amil olaraq qalacaq.

Niderlandın qlobal maliyyə institutu “ING” qrupu bildirib ki, Hörmüz boğazı üzərindən neft ixracının may və iyun aylarında mərhələli şəkildə yenidən başlamasını gözləyir. Lakin qurum ilin böyük hissəsində ixracın müharibədən əvvəlki səviyyələrdən aşağı qalacağını proqnozlaşdırır. Bank qeyd edib ki, daha uzun müddət davam edəcək normallaşma prosesi anbar məhdudiyyətləri səbəbilə dayandırılmış istehsalın mərhələli şəkildə yenidən işə salınmasına imkan verə bilər.

Gərginliklər bir neçə ay davam etsə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması tamamilə gündəlikdən çıxarılacaq, əksinə faiz dərəcələrinin artırılması mümkün ola bilər.

Beləliklə, FES-in sabit uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kriptovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar  faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Çünki neft sıçrayışlarının fond bazarlarını sarsıtma ehtimalı böyükdür və dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarların digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri