ABŞ Qəzzaya hücumlar başlayandan bəri İsrailə 90 min tondan çox silah və texnika göndərib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Qəzzada soyqırımını davam etdirən Təl-Əviv rəhbərliyinə ABŞ-dən hərbi sursat daşıyan 800-cü təyyarənin bu gün İsrailə gəldiyi bildirilib.
Bildirilib ki, ABŞ oktyabrın 7-dən bu yana İsrailə zirehli texnika, sursat daxil olmaqla 90 min tondan çox hərbi texnika və silah göndərib.
Qəzzada törədilən qırğına şərik olduğu üçün tənqid edilən ABŞ-nin göndərdiyi 90 min tondan çox hərbi texnika və silahın İsrailə 800 və 140 gəmi reysləri ilə daşındığı bildirilib.
İsrailin Qəzzaya qarşı hücumlarında əksəriyyəti qadın və uşaq olan 54 mindən çox fələstinlinin öldürülməsinə baxmayaraq ABŞ başda olmaqla Qərb dövlətləri Təl-Əvivə silah və hərbi texnika satışına davam edir.
ABŞ İsrailə verdiyi silah dəstəyinə görə Qəzzadakı qırğınlarda şərik olmaqda ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















