Icma.az
close
up
RU
ABŞ qüvvələri gəmiləri Hörmüzdən necə keçirir?

ABŞ qüvvələri gəmiləri Hörmüzdən necə keçirir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ilə İran arasındakı müharibədə qarşıdurmalarla yanaşı, dünya gündəmini ən çox məşğul edən mövzulardan biri qlobal enerji tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı böhranı oldu.

"Cebheinfo.az" xəbər verir ki, aprel ayından bəri tərəflər arasında davam edən "nə müharibə, nə sülh" vəziyyəti, Hörmüz keçidləri üçün isə "nə tam açıq, nə tam qapalı" şəklində davam edir.

Müharibədən əvvəl gündə təxminən 100 gəminin keçdiyi Hörmüzdə müharibənin ilk həftələrində hərəkət demək olar ki, tamamilə dayansa da, son həftələrdə müəyyən sayda keçid qeydə alınır.

Boğazdan keçid haqqı tələb edən İran şənbə günü 28 gəminin İslam İnqilabı Keşikçiləri Korpusunun koordinasiyası ilə boğazdan keçdiyini elan edərkən, bəzi tankerlər isə ABŞ-nin də yönləndirməsi ilə təhlükəli bir keçid üsuluna əl atır.

Amerikanın "Wall Street Journal" qəzetinin xəbərinə görə, Körfəzdə gözləməyin xərclərini qarşılaya bilməyən bəzi şirkətlər vurulma təhlükəsini gözə alaraq "qaranlıq səyahətlə" boğazdan çıxmağı bacarıb.

Bəzi tankerlər Hörmüz boğazından keçə bilmək üçün dənizçilik sektorunda "qaranlıq səyahət" olaraq bilinən üsula müraciət edir.

Gəmilər gecə saatlarında işıqlarını söndürür və normal şəraitdə koordinat, marşrut və kimlik məlumatlarını digər gəmilərə ötürən AIS (Avtomatlaşdırılmış tanıma sistemi) cihazlarını sıradan çıxarır.

Beləliklə, elektron xəritələrdə görünmələri çətinləşir və İran tərəfindən aşkar edilmə riskini azaltmağa çalışırlar.

Bəzi gəmilər keçid zamanı ABŞ ordusu ilə təmasdadır. Amerika qüvvələri radar və pilotsuz uçuş aparatları ilə bölgəni izləyərək kapitanlara AIS sistemlərini nə zaman söndürməli olduqları və İran qaynaqlı mümkün təhdidlərə necə cavab verməli olduqları barədə təlimatlar verir.

Keçən həftə iki milyon barel xam neft daşıyan Yunanıstana məxsus bir supertanker, ondan əvvəlki həftə isə Çinə məxsus gübrə daşıyan "Vicstar" gəmisi bu üsula üstünlük verib.

Son günlərdə gəmiləri keçən iki yunan gəmi sahibi də müştərilərinin yüklərini eyni üsulla keçirə bilib-bilməyəcəklərini soruşmaq üçün onlarla əlaqə saxladıqlarını bildirir.

Lakin bu üsul ciddi risklər də daşıyır. AIS qapalı olduqda gəmilər bir-birlərini elektron xəritələrdə görə bilmir, yalnız radarın köməyi ilə hərəkət edirlər.

Radarda gəminin adı görünmədiyi üçün ünsiyyət və koordinasiya çətinləşir, bu səbəbdən heyət qarşı tərəfdəki gəminin necə manevr edəcəyini əvvəlcədən müəyyən etməkdə çətinlik çəkir.

Bu səbəbdən, bir neçə saat davam edən keçid boyu kapitan körpüsündə təcrübəli heyətin davamlı olaraq radar təqibi aparması tələb olunur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyun 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri