Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

ABŞ raket alışını artırır: hədəf nədir?

ABŞ raket alışını artırır: hədəf nədir?

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərində bildirilir ki, ABŞ yüksək dəqiqlikli PrSM raketlərinin alışını kəskin şəkildə artırmağı planlaşdırır.

Məlumata görə, 2027-ci maliyyə ilində bu məqsədlər üçün 2026-cı ildəki 546 milyon dollarla müqayisədə 1,92 milyard dollar tələb olunur.

ABŞ-nin bu addımı Yaxın Şərqdə və ya digər regionlarda hərbi balansı necə dəyişə bilər?

Mövzu ətrafında hərbi ekspertlər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

Hərbi ekspert Bəhruz Məmmədzadə bildirib ki, PrSM (Precision Strike Missile) müasir operativ-taktiki silah sistemləri arasında keyfiyyətcə yeni mərhələni təmsil edir: “Lockheed Martin tərəfindən hazırlanmış bu raket sistemi M142 HIMARS və M270 MLRS platformaları ilə inteqrasiya olunaraq yüksək dəqiqlikli uzaqmənzilli zərbə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Texniki baxımdan PrSM-in 500 km-dən artıq mənzilə malik olması və perspektivdə bu göstəricinin 700–1000 km diapazonuna çatdırılması planı operativ-strateji balansı dəyişdirə biləcək faktordur. Mach 5 və daha yüksək sürət, eləcə də GPS/INS əsaslı yüksək dəqiqlik bu sistemi həm “anti-access/area denial” (A2/AD), həm də dərin zərbə (deep strike) konsepsiyalarında effektiv alətə çevirir. Xüsusilə bir buraxılış konteynerində iki raketin yerləşdirilməsi atəş sıxlığını artıraraq döyüş meydanında qərarvermə sürətinə birbaşa təsir edir”.

“Bu, bir neçə strateji məqsədə xidmət edir”

B.Məmməzadənin sözlərinə görə, əsas fərqləndirici xüsusiyyətlərdən biri isə PrSM-in təkcə sabit hədəflərə deyil, eyni zamanda hərəkətli obyektlərə — o cümlədən dəniz platformalarına qarşı tətbiq potensialıdır: “Bu, sistemi klassik operativ-taktiki raketdən daha çox çoxdomenli (multi-domain) zərbə vasitəsinə çevirir. ABŞ-nin bu sistemin istehsalını sürətləndirməsi bir neçə strateji məqsədə xidmət edir. Birincisi, uzaqmənzilli dəqiq zərbə qabiliyyətlərinin artırılması ilə potensial rəqiblərə qarşı çəkindirmə gücləndirilir. İkincisi, köhnə nəsil raket sistemlərinin mərhələli şəkildə daha çevik və effektiv platformalarla əvəzlənməsi təmin olunur. Üçüncüsü isə müxtəlif regionlarda — xüsusilə yüksək riskli geosiyasi zonalarda — operativ reaksiya imkanları genişləndirilir. Yaxın Şərq kontekstində bu prosesin xüsusi əhəmiyyəti var. Hörmüz boğazı kimi kritik geostrateji nöqtələr qlobal enerji təchizatı və ticarət marşrutları üçün həyati əhəmiyyət daşıyır. Bu bölgədə istənilən eskalasiya riski böyük güclərin hərbi planlaşdırmasına birbaşa təsir göstərir. PrSM kimi sistemlər isə belə mühitdə həm preventiv çəkindirmə, həm də sürətli cavab mexanizmi kimi qiymətləndirilir”.

“PrSM müharibə konsepsiyasının transformasiyasını simvolizə edir”

O deyib ki, bununla yanaşı, mövcud silahlanma dinamikasını avtomatik olaraq genişmiqyaslı müharibəyə hazırlıq kimi interpretasiya etmək analitik baxımdan düzgün deyil: “Daha real yanaşma bu prosesi “rəqabətli çəkindirmə” (competitive deterrence) və “risklərin idarə olunması” çərçivəsində qiymətləndirməkdir. Müasir hərbi strategiyada texnoloji üstünlük çox vaxt birbaşa toqquşmadan daha çox qarşı tərəfin davranışını məhdudlaşdırmaq məqsədi daşıyır. Nəticə etibarilə, PrSM kimi sistemlər müasir müharibə konsepsiyasının transformasiyasını simvolizə edir: sürət, dəqiqlik, şəbəkə əsaslı əməliyyatlar və uzaq məsafədən təsir imkanları ön plana çıxır. Lakin uzunmüddətli sabitlik yalnız hərbi balansla deyil, paralel şəkildə aparılan diplomatik və siyasi proseslərlə təmin oluna bilər”.

“Yeni nəsil raketlər çevik tətbiq imkanları ilə seçilir”

Hərbi ekspert Anar Şuşalı bildirib ki, “ABŞ yüksək dəqiqlikli PrSM (Precision Strike Missile) raketlərinin alışını kəskin şəkildə artırmağı planlaşdırır: “Bu barədə Pentaqon-un büdcə sənədlərində məlumat verilir. Sənədlərə əsasən 2027-ci maliyyə ilində PrSM proqramı üçün 1,92 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. Bu isə 2026-cı ildə ayrılmış 546 milyon dollarla müqayisədə təxminən üç dəfədən çox artım deməkdir. Eyni zamanda, ABŞ müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan Lockheed Martin ilə bu raketlərin istehsalının dördqat artırılması barədə razılaşma əldə olunub. PrSM raketləri ABŞ ordusunda uzun müddət istifadə edilən ATACMS sistemlərini əvəz etmək üçün hazırlanıb. Yeni nəsil raketlər daha uzun mənzil, yüksək dəqiqlik və çevik tətbiq imkanları ilə seçilir. Onlar mobil platformalar – xüsusilə HIMARS və MLRS sistemləri vasitəsilə buraxıla bilir ki, bu da operativ çevikliyi əhəmiyyətli dərəcədə artırır”.

“ABŞ-nin bu addımı bir neçə əsas məqsədə xidmət edir”

A.Şuşalı söyləyib ki, ABŞ-nin bu addımı bir neçə əsas məqsədə xidmət edir: “İlk növbədə, son illərdə Çin və Rusiya tərəfindən inkişaf etdirilən uzaqmənzilli zərbə sistemlərinə qarşı balansın bərpası hədəflənir. Bununla yanaşı, PrSM raketləri rəqib ölkələrin hava hücumundan müdafiə və “anti-access/area denial” (A2/AD) zonalarının uzaq məsafədən zərərsizləşdirilməsi üçün effektiv vasitə hesab olunur. Bu isə ABŞ-yə potensial münaqişə zonalarında daha sürətli və dəqiq reaksiya imkanı verir. Yeni raketlərin geniş tətbiqi Yaxın Şərqdə qüvvələr balansına da birbaşa təsir göstərə bilər. Xüsusilə İran kimi ölkələr üçün bu, əlavə strateji təzyiq deməkdir. PrSM raketləri vasitəsilə ABŞ İranın dərinliklərində yerləşən hərbi infrastrukturu daha dəqiq və uzaq məsafədən hədəfə ala bilər”.

“ABŞ-nin regiondakı hərbi mövcudluğu daha da güclənir”

Onun sözlərinə görə, digər tərəfdən, İsrail və Körfəz regionundakı müttəfiqlər üçün bu sistemlər əlavə təhlükəsizlik təminatı yaradır: “ABŞ-nin regiondakı hərbi mövcudluğu və zərbə imkanları daha da güclənir. PrSM proqramının genişləndirilməsi qlobal miqyasda da mühüm nəticələr doğura bilər. Bu addım yeni silahlanma yarışını sürətləndirə, xüsusilə Çin və Rusiya kimi gücləri analoji və ya daha inkişaf etmiş sistemlər üzərində işi intensivləşdirməyə sövq edə bilər. Eyni zamanda, NATO çərçivəsində də uzaqmənzilli zərbə konsepsiyalarına marağın artacağı gözlənilir. Bu isə Avropada hərbi doktrinanın transformasiyasına səbəb ola bilər”.

“Müasir müharibə konsepsiyası dəyişir”

O deyib ki, ABŞ-nin PrSM raketlərinə yönəltdiyi irihəcmli investisiya müasir müharibə konsepsiyasının dəyişdiyini göstərir: “Uzaqmənzilli və yüksək dəqiqlikli silah sistemləri artıq yalnız taktiki deyil, strateji üstünlüyün əsas elementinə çevrilir. Bu proses ABŞ-yə qlobal hərbi balansda mövqeyini gücləndirmək imkanı versə də, eyni zamanda, beynəlxalq təhlükəsizlik mühitində gərginliyin artması və yeni silahlanma yarışının sürətlənməsi riskini də artırır”.

“Bu raketlər həddindən artıq çox istifadə olundu”

Hərbi ekspert Səxavət Məmməd bildirib ki, Yaxın Şərqdə, İran ətrafında baş verən müharibədən sonra ABŞ təkcə PrSM-lərlə bağlı yox, ümumiyyətlə, həm “Patriot”ların, həm də “THAAD”-ların raketlərini almaqla bağlı müqavilə bağlayıb və çox sayda raketlər alacaq: “Bunun əsas səbəbləri ondan ibarətdir ki, birincisi, müharibələrdə bu raketlər həddindən artıq çox istifadə olundu. Həm 12 günlük toqquşma zamanı da istifadə olundu, həm o raketləri ABŞ öz balansından, həm də Avropadan pulunu almaq şərti ilə Ukraynaya göndərirdi, həm də məlum bu 40 günlük müharibədə bu raketlərdən həddindən artıq istifadə olundu”.

“ABŞ hərbi büdcənin artırılması ilə bağlı addımlar atır”

S.Məmməd qeyd edib ki, raketlər istifadə olundusa anbarlar boşalır və bu anbarları doldurmaq lazımdır: “Yəni bu, əslində bu gün üçün lazım deyil, boşalmış anbarların yerini doldurmaq üçün lazımdır və müqavilə imzalamış şirkətlər də bunu qısa zamanda həll edə bilməyəcəklər. Faktiki olaraq qeyd edilir ki, məsələn, onların alışı, müqavilələr və s. 2027-ci il nəzərdə tutulub. Yəni müharibələr baş verdikcə raketlər istifadə olunur və onların yerini doldurmaq lazımdır. Ona görə də ABŞ tərəfi hərbi büdcənin artırılması ilə bağlı addımlar atır. Onun da əsas səbəbi məhz bununla bağlıdır”.

“ABŞ öz ordusunu tam əvvəlki səviyyəyə çatdırmaq niyyətindədir”

Ekspertin sözlərinə görə, hərbi büdcə təkcə silah-sursata getmir, onların 2 aviadaşıyıcısı təmirə dayanmalıdır: “Bunlar hamısı böyük xərclər tələb edir. Bundan başqa, əlavə aviadaşıyıcıların alınması ilə bağlı yenidən işlər görülür. Bütün bunların hamısını nəzərə aldıqda ABŞ tərəfi təbii ki, həm boşalmış anbarlarını, həm də müharibədə sınaqdan daha uğurlu çıxmış raketlərinin yerini doldurmaq istəyir. Təbii ki, bu qədər silah-sursatın alınması güc balansını dəyişməkdən əlavə, ABŞ yenidən öz ordusunu tam əvvəlki səviyyəyə gətirib çatdırmaq və gələcəkdəki müharibə üçün tam hazır olmaq niyyətindədir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see342

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see296

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see233

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see215

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see192

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see167

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see165

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see157

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see152

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see152

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see151

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see150

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see149

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see149

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see147

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see142

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see141

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri