Icma.az
close
up
RU
Putin ABŞ nin tələsini görür: Hədəf nədir? DETALLAR

Putin ABŞ nin tələsini görür: Hədəf nədir? DETALLAR

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-Rusiya arasında Ukrayna müharibəsinin bitməsi istiqamətində aktiv danışıqlar prosesinə başlaması, Ağ Evin avropalı müttəfiqləri, o cümlədən Kiyev tərəfindən kəskin reaksiya ilə qarşılanır. Müttəfiqləri Ağ Evin yeni administrasiyasını bu siyasətini hətta xəyanət kimi dəyərləndirməkdən belə çəkinmirlər. Onlar hesab edir ki, Moskvanı küncə sıxıb Ukraynanın qələbəsini təmin etmək üçün böyük imkanlar olduğu halda, Tramp komandasının bu addımı heç anlaşılan deyil. Müttəfiqləri Trampın Ukraynanı Kremlə güzəştə getməsini Putinə “qızıl podnosda” verilən hədiyyə kimi dəyərləndirirlər.

Lakin Trampın Rusiya-Ukrayna müharibəsinə müttəfiqlərindən və sələflərindən tamamilə fərqli bir oyun sərgiləməsinin başqa səbəbləri var.

Birincisi, Tramp komandası da yaxşı anlayır ki, Rusiya-Ukrayna müharibəsini sonsuzluğa sürükləməklə təkcə Moskva deyil, həm də Qərb və Ukrayna itirir. 3 ildir davam edən aktiv müharibə fazası bunun bariz nümunəsidir. Qərb iqtisadi, maliyyə və hərbi cəhətdən nə qədər güclü olsa da, Ukrayna cəbhəsində ciddi nəticə əldə edə bilmədi. Əksinə, silah-sursat anbarlarının boşalması, iqtisadi, maliyyə cəhətdən böyük itkilərə məruz qalmaqla yanaşı, Avropa siyasi böhrana sürüklənir. Yaranmış bu vəziyyət fərqli bir yanaşma sərgiləməyi zəruri edir.

Tramp komandası hesab edir ki, Rusiya-Ukrayna müharibəsini sonsuzluğa sürükləməkdənsə, “döyüşmədən qalib gəlmək” strategiyasını tətbiq etməyə çalışır. 

Atəşkəsin əldə olunmasında Moskva maraqlı olsa da, bu prosesi özünə qarşı tələ hesab edir. Moskva da yaxşı anlayır ki, atəşkəs əldə olunsa belə, münaqişənin həlli hələ uzun illər çəkəcək. Münaqişə həllini tapmırsa, demək, sanksiyalar aradan qalxmayacaq və bu da öz növbəsində Rusiyanın inkişafına mənfi təsir edəcək. Yəni atəşkəsdən Kreml daxili auditoriya üçün təbliğat vasitəsi kimi istifadə etsə də, uzunmüddətli perspektivdə Rusiya üçün yaxşı heç nə vəd etmir.  

İkincisi, Tramp seçkiöncəsi vədlərində xarici siyasətinin prioritetinin Çin, İran, Avropa və Yaxın Şərq olacağını bəyan edib.

Rusiya-Ukrayna müharibəsinin davam etməsi isə Trampın bəyan etdiyi vədlərin həyata keçməsinə imkan vermir. Ağ Ev də anlayır ki, adı çəkilən bu qüvvələr onların başını Ukrayna cəbhəsində qatmaqla Trampın seçkiöncəsi vədlərini reallaşdırmağa mane olurlar. Bu səbəbdən də Tramp komandası hətta müttəfiqləri ilə məsləhətləşmədən, onları oyundankənar, daha dəqiqliklə ifadə etsək fors-major situasiya yaratmaqla Kremllə danışıqlara başlamaq qərarını verdi.

Tramp komandası hesab edir ki, fors-major situasiyası yaratmaqla “savaşmadan qələbə çalmaq” strategiyasına üstünlük verməklə planlarını reallaşdıra bilərlər.

Ağ Ev bu gün ABŞ-yə real təhlükə mənbəyi kimi Çini hesab edir. Bunu istər keçmiş Bayden komandası, istərsə də Tramp komandası açıq şəkildə bəyan edirlər ki, qısa zaman kəsiyində bu təhlükə aradan qaldırılmazsa, o zaman bu qarşısıalınmaz prosesə çevrilə bilər. Bu da yekunda ABŞ-nin hərtərəfli məğlubiyyəti ilə nəticələnə bilər. Odur ki, Ağ Ev diqqətini Çin cəbhəsinə çevirmək və bu təhlükəni zərərsizləşdirmək üçün müvəqqəti güzəştlər hesabına olsa da, Moskva ilə razılşama əldə etməkdə maraqlıdır. Necə deyərlər, Tramp Bayden komandasından fərqli olaraq sonsuz və qalib gəlməz müharibəyə sürükləmədən Çin üzərində qələbəyə nail olmaq istəyir. Tramp məqsədlərinə nail olmaq üçünsə sələflərinin “demokratiya”, “qanunun aliliyi”, “insan haqları” kimi “silahlardan” imtina edərək, açıq formada təhdidlərdən istifadəyə üstünlük verir. 

Tramp Si Cinpinin Çinin uzunmüddətli məqsədlərinə nail olmadan Pekin üzərində qələbəsini təmin etmək istəyir. Bunun üçün də Ağ Ev Pekinə qarşı iqtisadi-ticari-maliyyə sanksiyalarını, eyni zamanda hərbi-psixoloji təzyiqlərini, hibrid təhdidlərini artıracaq.

Tramp komandası qədim Çin hərbi strateqi Sun Tzunun “Müharibə sənəti” əsərində qeyd etdiyi kimi; “Yüz döyüşdə yüz qələbə qazanmaq mükəmməllik deyil. Mükəmməllik düşməni ram etmək, onun müqavimətini vuruşmadan qırmaqdır” prinsipinə söykənərək siyasətini həyata keçirmək istəyir. 

Belə demək mümkünsə, Tramp ABŞ daha güclü etmək üçün qələbə formulası sonu olmayan açıq müharibələrdən qaçaraq “döyüşmədən qalib gəlmək” strategiyasına əsaslanır. Bu strategiyanı isə biz bu gün istər Avropa İttifaqı, istər Yaxın Şərqdə, istər İran, istər Rusiya, istərsə də Çin cəbhəsində müşahidə etməkdəyik. 

Mürtəza
Ölkə.Az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri