Icma.az
close
up
RU
ABŞ raket ehtiyatları tükənir

ABŞ raket ehtiyatları tükənir

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika müdafiə sənayesi podratçılarına İranla müharibə zamanı sürətlə tükənən üç əsas silah sisteminin ehtiyatlarını doldurmaq üçün ən azı üç il vaxt lazım olacaq.

Azpost.info bildirir ki, bu barədə Vaşinqtonda yerləşən nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Associated Press-ə təqdim etdiyi yeni hesabatda deyilir.

Analitiklər xəbərdarlıq edirlər ki, raket çatışmazlığı Çinlə potensial hərbi münaqişə halında ABŞ üçün təhlükəli “zəiflik pəncərəsi” yaradır.

Bu silahlar yüksək texnologiyalıdır və onların istehsalını bir gecədə artırmaq mümkün deyil:

Tomahavk qanadlı raketləri: Düşmən ərazisinin dərinliklərinə dəqiq zərbələr endirmək üçün istifadə olunur.

Raket əleyhinə Patriot qurğuları: Bazaları və müttəfiqləri ballistik raketlərdən və dronlardan qoruyan tutucular.

THAAD mudafiə sistemləri: Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) raketdən müdafiə sistemləri.

“ABŞ-ın İranla mövcud müharibədə istənilən ağlasığmaz ssenari üçün kifayət qədər sursatı var. Lakin bu ehtiyatların tükənməsi Tayvan boğazında münaqişə halında zəiflik pəncərəsi açdı. Bu ehtiyatların doldurulması üçün lazım olan vaxt planlaşdırıcılar üçün böyük bir başağrısına çevrilib”, – deyə tədqiqat müəllifləri Mark Kansian və Kris Pak qeyd edirlər.

Raketlərin dəqiq sayı məxfi saxlanılsa da, mütəxəssislər vaxt çərçivəsini ictimaiyyətə açıq hərbi büdcə məlumatlarına əsasən hesablayıblar:

Tomahavk (qanadlı raketlər): İranla münaqişə zamanı ABŞ 1000-dən çox raket atıb. Müharibədən əvvəl, sifarişlərin az olması səbəbindən istehsalçı Raytheon ildə 200-dən az raket istehsal edib. Alabama və Arizonadakı fabriklərin ildə 1000-dən çox raket tutumuna qədər genişləndirilməsi ilə belə, müharibədən əvvəlki ehtiyatlara 2030-cu ilin sonuna qədər çatmaq mümkün olmayacaq.

THAAD (Ballistik raketdən müdafiə sistemləri): ABŞ müdafiə sənayesinin İran hücumlarını dəf etmək üçün xərclənən təxminən 290 tutucu raketi doldurması üçün 2029-cu ilin sonuna qədər ehtiyacı olacaq. Lockheed Martin ABŞ ordusunun ehtiyaclarını ödəmək üçün xarici ixrac müqavilələrini dəyişdirməyə məcbur olub.

Patriot (Ballistik raket sistemləri): 1000-dən çox raketin yerini doldurmaq üçün 2029-cu ilin ortalarına qədər vaxt lazımdır. Vəziyyət Pentaqonun öz ehtiyaclarını, Ukraynaya çatdırılmasını və digər 17 Patriot  öhdəliklərini balanslaşdırmaq ehtiyacı ilə mürəkkəbləşir.

Donald Tramp administrasiyası Co Bayden administrasiyası tərəfindən başladılan qabaqcıl silahların alınması tendensiyasını davam etdirərək 2027-ci il üçün tarixi 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

Konqres müdafiə maliyyələşdirilməsi ilə bağlı nadir ikitərəfli razılaşma nümayiş etdirir. Prezident Tramp və Müdafiə naziri Pit Heqset podratçılara çatdırılma müddətlərini sürətləndirmək üçün təzyiq göstərirlər. Heqset əvvəllər investisiyaların fabriklərin gücünü ikiqat və ya üçqat artırmağa kömək edəcəyini bildirmişdi. Pentaqonun sözçüsü Şon Parnell isə Ordunun istənilən vaxt, istənilən yerdə missiyaları yerinə yetirmək üçün lazım olan hər şeyə sahib olduğuna əminlik vermişdi.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri