“ABŞ resurs sazişi imzalamağa hazırdır, lakin Kiyev dəyişikliklərə çalışır” Bessent
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Ukraynanın resursları ilə bağlı saziş imzalamağa hazırdır, lakin Kiyev ona yeni dəyişikliklər etməyə çalışır.
“Report” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent ölkə Prezidenti Donald Trampın Nazirlər Kabinetinin növbəti iclasında çıxışı zamanı deyib.
"Bəli, tərəfimiz imzalamağa hazırdır, lakin ukraynalılar dünən axşam tələsik dəyişikliklər etmək qərarına gəliblər", - Bessent jurnalistin məsələ ilə bağlı sualına cavab verib və Vaşinqtonun bu gün müqaviləni imzalamağa hazır olduğunu izah edib.
O aydınlaşdırıb ki, təklif olunan sazişdən heç bir müddəa çıxarılmayıb: "Bu, həftə sonu razılaşdırdığmız eyni müqavilədir. Bizim tərəfimizdən heç nə dəyişməyib".
Bundan əvvəl baş nazirin birinci müavini Yuliya Sviridenko yaxın 24 saat ərzində Vaşinqtonla təbii sərvətlərlə bağlı saziş imzalana biləcəyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 May 2025 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















