ABŞ Rusiya Serbiya şirkətinə qarşı sanksiyaların tətbiqini təxirə salıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
ABŞ Serbiyanın və Rusiyanın "Serbiya Neft Sənayesi" (NIS) şirkətinə qarşı sanksiyaların tətbiqini oktyabrın 1-dən oktyabrın 8-9-dək təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya Radio və Televiziyası (RTS) məlumat yayıb.
"Prezident Aleksandr Vuçiçlə söhbətdən sonra ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini daha səkkiz gün, yəni 8-9 oktyabra qədər təxirə salıb. Bundan əvvəl Vuçiç amerikalı tərəfdaşlarla yenidən danışıqlar aparacağını bildirmişdi", - telekanal qeyd edib.
Məlumata görə, əvvəlki möhlət sentyabrın 26-da başa çatıb. Bir gün əvvəl Vuçiç Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində bildirib ki, ABŞ Maliyyə Nazirliyi sanksiyaların təxirə salınma müddətini cəmi dörd gün – oktyabrın 10-nə qədər uzadıb. Onun sözlərinə görə, bu, Serbiyaya ziyan vuracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Sentyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















