ABŞ Serbiyanın NIS şirkətinə qarşı sanksiyaları yenidən təxirə salıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı sanksiyaları qarşıdakı bir ay müddətinə təxirə salıb. SİA xəbər verir ki, bu barədə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib.
Nazir bildirib ki, sanksiyaların növbəti dəfə təxirə salınmasına Serbiya Prezidenti və hökumət üzvlərinin çətin və gərgin diplomatik mübarizəsi nəticəsində nail olunub.
Bu, sanksiyaların sayca 5-ci dəfə təxirə salınmasıdır. Daha əvvəl sanksiyalar iyulun 29-dək təxirə salınmışdı.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb.
Serbiya hökuməti 2008-ci ildə NIS şirkətini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 İyul 2025 03:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















