Serbiya ABŞ dan NIS şirkətinə qarşı sanksiyaları yenidən təxirə salmasını istəyir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belqrad, 4 oktyabr, AZƏRTAC
Serbiya tərəfi ABŞ-dan “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı sanksiyaları yenidən təxirə salmasını istəyir.
AZƏRTAC xəbər verir ki, NIS ABŞ Maliyyə Nazirliyinə fəaliyyətini davam etdirməklə bağlı xüsusi lisenziyanın verilməsi üçün yeni sorğu göndərib.
ABŞ NIS-ə qarşı sanksiyaları sayca 8-ci dəfə təxirə salıb, hazırkı müddət oktyabrın 8-də başa çatacaq.
Xatırladaq ki, Birləşmiş Ştatların Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb.
Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə məktub göndərib.
Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















