Icma.az
close
up
RU
ABŞ Rusiya tankerini ələ keçirib Gərginlik artır (Yenilənib)

ABŞ Rusiya tankerini ələ keçirib Gərginlik artır (Yenilənib)

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ hərbçiləri Rusiyaya aid "Marinera" tankerini ələ keçiriblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “ Fox News” jurnalisti Lukas Tomlinson məlumat yayımlayıb.

"Rəsmilərin sözlərinə görə, ABŞ hərbçiləri Rusiya hərbi gəmiləri və sualtı qayığı gəlməzdən əvvəl İslandiya ilə Britaniya adaları arasında sanksiya tətbiq edilən tankeri ələ keçiriblər. Əvvəllər "Bella 1" adlanan tanker sonradan ABŞ-nin təqibindən qurtulmaq üçün Rusiya gəmisi kimi qeydiyyata alınmışdı", - jurnalist yazıb.

Ancaq belə görünür ki, Ağ Ev gəminin Rusiyaya məxsus olmasına məhəl qoymayıb.

Bundan öncə ABŞ rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, ABŞ Venesuela ilə əlaqəli əvvəllər “Bella 1” kimi tanınan “Marinera” tankerini ələ keçirmək üçün əməliyyat keçirir.

Rəsmi şəxsin sözlərinə görə, əməliyyat Rusiya ilə gərginliyin artmasına səbəb ola bilər. Bu tanker ABŞ dəniz qüvvələrinin sanksiya tətbiq edilən gəmilərin "blokadasından" keçməyi bacarıb və ABŞ Sahil Mühafizəsinin onu yoxlamaq cəhdlərinə tabe olmaqdan imtina edib.

Anonimlik şərti ilə danışan rəsmilər əməliyyatın Sahil Mühafizəsi və ABŞ hərbçiləri tərəfindən aparıldığını bildiriblər. Onlar əlavə ediblər ki, əməliyyat zamanı Rusiya sualtı qayığı da daxil olmaqla, Rusiya hərbi gəmiləri yaxınlıqda olub.

***

ABŞ Sahil Mühafizəsi və hərbi qüvvələri Atlantik okeanı boyunca iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirməyə çalışır.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Tanker əvvəlcə “Bella 1” adı altında sanksiyaya məruz qalıb, daha sonra ABŞ-ın blokadasından çıxmağa müvəffəq olub.

Gəmi daha sonra “Marinera” adını götürüb və Rusiya bayrağı altında qeydiyyata alınıb, bu da ABŞ-ın onu hüquqi baxımdan ələ keçirməsini çətinləşdirir.

Rusiya da hadisəyə müdaxilə edərək, tankeri müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərdiyini bildirib, bu isə gərginliyi artırıb. ABŞ rəsmiləri təqib əməliyyatını Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə koordinasiyası ilə davam etdirdiklərini və gəmiyə qarşı sanksiyalara uyğun addımlar atacağını vurğulayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri